Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Oculus Riftin yaradıcısı Trampa -SPONSORLUQ EDİB-FOTO
Oculus Riftin yaradıcısı Trampa -SPONSORLUQ EDİB-FOTO
20 Aprel 2017 / 14:07 / Baxış sayı: 166
Font1 Font2 Font3 Font4
Oculus Rift eynəyinin yaradıcısı olan Palmer Laki ABŞ-ın yeni prezidenti Donald Trampa 100 min dollarlıq sponsorluq edib. “Bizimxeber” xarici mediaya istinadən xəbər verir ki, virtual eynəklərin müəllifi kimi tanınan Palmer Laki yeni prezidentin inaqurasiya komitəsinin hesabına yüklü miqdarda pul köçürüb. Pul 2017-ci ilin yanvar ayında kompaniyaların birinin hesabından köçürülüb. 
“Bizimxeber” Mother Jones nəşrinə istinadən bildirir ki, Wings of Time kompaniyası Los-Ancelesdə qeydiyyatdadır. Jurnalistlər firmanın qeydiyat ünvanında Lakiyə məxsus olan daha bir firma da tapıblar. 
Selected portion of a source document hosted by DocumentCloud
2016-cı ilin sentyabrında Palmer Laki böyük bir skandala səbəb olmuşdu. O zaman jurnalistlər onun Trampın namizədliyini dəstəkləyən Nimble America onlayn qrupla əlaqələrini aşkara çıxartmışdı. Laki Hillari Klintona qarşı memlər yaradan qrupa görə 10 min dollarından keçmişdi. Skandaldan sonra o publikaya çıxmaqdan qaçdı və mediaya heç bir açıqlama vermədi. 2017-ci ilin martında isə o artıq Oculus şirkətini tərk etmişdi.
Xatırladaq ki, amerikanın əksər ixtiraçılarının Trampla bağlı fikirləri mənfidir. Bununla əlaqədər olaraq Lakinin bundna sonrakı karyerasında problemlər yarana bilər.
Jalə
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə