Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın nüvə silahı əldə etməsi təklifinə – Hökumətdən reaksiya
Azərbaycanın nüvə silahı əldə etməsi təklifinə – Hökumətdən reaksiya
20 Aprel 2017 / 15:02 / Baxış sayı: 436
Font1 Font2 Font3 Font4
“Azərbaycanın nüvə başlıqlı raketlərə malik olması ölkəmiz üçün xeyli siyasi problemlər yarada bilər”. 
Bunu BakiPost.az-a Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə  son günlər sosial şəbəkələrdə müzakirəyə çıxarılan” Azərbaycanın nüvə başlıqlı raketlərə malik olmalıdır” təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın nüvə başlıqlı raketlərə ehtiyacı yoxdur: “Azərbaycan nə zamansa Atom Elektrik Stansiyası tikə bilər. Bu stansiyalarda elektrik enerjisi çox ucuz başa gəlir və ölkə üçün sərfəlidir. Amma hələ Azərbaycanda müharibə olduğu və həmin stansiyalar hələ tam mükəmməl şəraitdə olmadığı üçün indiki dövrdə nəzərdən keçirilmir.
 
Amma mən nüvə başlıqlı silaha malik olmağı Azərbaycan üçün düzgün hesab etmirəm. Çünki nüvə başlıqlı silaha malik olmaq sərfəli deyil. Bu çox baha başa gələn, böyük məsrəf tələb edən böyük layihədir. Azərbaycanın buna ehtiyacı yoxdur. Həmin vəsaitin az bir hissəsi ilə Azərbaycan özünü ən müasir silahlarla təchiz edə və təhlükəsizliyini qoruya bilər.
Eyni zamanda Azərbaycan nüvə silahıyla bağlı müqavilə imzalayıb. Əgər qeyd olunan təklif reallaşsa, onda ölkəmiz həmin müqavilədən çıxmalı və özünü dünya ilə üzbəüz qoymalıdır. Ümumiyyətlə, nüvə silahına malik olmaq, ancaq böyük ərazilərə və çox sayda əhaliyə malik olan dövlətlər üçün məqbul ola bilər. Bu gün həmin dövlətlər nüvə silahının yayılmamasına çalışırlar. Çünki bu nəzarətdən çıxa bilər.
Bunun istifadəsi bütün dünya üçün yeni təhlükə törədə bilər. Həmçinin bu, Azərbaycan üçün çox siyasi problemlər də yarada bilər. Onsuz da Dağlıq Qarabağ kimi böyük bir problemimiz olan yerdə çiyinlərimizə yeni ağır bir problemə ehtiyac yoxdur”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə