Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp ailəsinin mühafizəsinə nə qədər pul xərclənir? – FANTASTİK MƏBLƏĞ
Tramp ailəsinin mühafizəsinə nə qədər pul xərclənir? – FANTASTİK MƏBLƏĞ
20 Aprel 2017 / 17:36 / Baxış sayı: 324
Font1 Font2 Font3 Font4
“Donald Trampın həyat yoldaşı və oğlunun təhlükəsizliyinin təminatına xeyli məbləğdə vəsait sərf olunur”.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Nyu-York meri Bill de Blazio açıqlayıb.
O deyib ki, seçki dövründən andiçmə mərasiminədək olan müddət ərzində onların mühafizəsi şəhər büdcəsinə sutkada 500 min dollara başa gəlirdi. Həmin məbləğə polis əməkdaşları, habelə mühafizə xidmətinin xərclərinin ödənilməsi də daxildir.
Şəhər meri hazırda xərclərin nisbətən azaldığını desə də, istənilən halda bu məbləğin büdcə üçün əlavə vəsait itkisi olduğuna diqqəti yönəldib. B. de Blazio həmin xərcləri kompensasiya etmək məqsədilə vəsait ayrılması üçün konqresə müraciət etdiklərini də bildirib.
Qeyd edək ki, fevralın sonunda Nyu-Yorkun Polis Departamenti təkcə prezident Donald Trampa məxsus göydələnin mühafizəsi üçün büdcədən 25,7 milyon dollar xərcləndiyini açıqlayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə