Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmişlidə hesabat yığıncağı keçirilib
İmişlidə hesabat yığıncağı keçirilib
20 Aprel 2017 / 20:22 / Baxış sayı: 360
Font1 Font2 Font3 Font4

İmişli rayon Heydər Əliyev Mərkəzində 2017-cı ilin birinci rübünün yekunu ilə bağlı hesabat yığıncağı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 aprel 2017-ci il tarixdə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını keçirmişdir.

Birinci rübün nəticələrindən danışarkən cənab Prezident qeyd etmişdir ki, keçən dövr ərzində Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedib, iqtisadi inkişaf təmin edilərək  bütün sosial məsələlər öz həllini tapmışdır. Çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür və bunun nəticəsində demək olar ki, 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır.

Ölkədə sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdəndir. Hər iki istiqamət üzrə yaxşı nəticələr əldə olunub. Belə ki, qeyri-neft sənayesində 2 faiz, kənd təsərrüfatında isə 3,5 faiz artım olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, bitkiçilik 20 faizdən çox artmışdır. Qeyd edilənləronu göstərir ki, görülən işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir.

2017-ci ilin birinci rübündə İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 125.060.100 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilmişdir ki, оnun 75.612.600  manatı və ya 60,5 faizi sənaye, 22.150.000  manatı və ya 17,7 faizi kənd təsərrüfаtı, 6.294.800 mаnаtı və ya 5 faizi tikinti, 18.925.000 mаnаtı və 15,1 faizi ticаrət və iаşə, 1.952.300  mаnаtı və ya 1,6 faizi nəqliyyat, 125.400 mаnаtı və ya 0,1 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri  sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.

Sənаyе məhsullаrının istеhsаlı üzrə:

Rayonumuz əsasən aqrar rayon olmasına baxmayaraq bu gün sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında  üstünlük təşkil edir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüşdür. Belə ki “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq Quşçuluq” MMC, İmişli Brolyer  və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodları fəaliyyət göstərir.

2017-ci ilin birinci rübündə ilkin məlumatlara əsasən 125.060.100 manatlıq məhsul istehsal edilmiş (2016-cı ilin müvafiq dövründə məhsul istehsal 85.755.500 mаnаt olmuşdur) və xidmətlər göstərilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 32 faiz çoxdur. İstehsal olunan sənaye məhsullarının 94,9 faizi qeyri-dövlət sektorunun payına düşür.

Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:

İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı da, xüsusi yer tuturt. Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonumuzda kənd təsərrüfatı inkişaf etmişdir. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur  əsas bitkiçilik sahəsi kimi qalmaqdadır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə pambıqçılıq rayonlarında pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Məlumat üçün bildirirəm ki, bu il İmişli rayonunda 17.750 ha torpaq sahəsində pambıq əkilməsi nəzərdə tutulmuşdur. Hazırda pambıq əkini işləri surətlə aparılır.

2017-ci ilin birinci rübü ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 94.333 başa, qoyunların sayı 254537 başa, quşların sayı isə 1036039 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1011 baş, qoyunlar 1405 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 2858 ton, süd istehsalı 12380 ton, yumurta istehsalı isə 9658 min ədəd olmuşdur. 01 yanvar 2017-ci il tarixə kimi 11499 hektar sahədə buğda, 5678 hektar sahədə arpa, 121 hektar sahədə kartof, 6 hektar sahədə bostan, 68 hektar sahədə tərəvəz, 4 hektar sahədə dən qarğıdalı, 395 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir.

İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatlarının yaradılması istiqamətində də müvafiq işlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasında “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. 6000 ha qış otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi üzrə sənədləşmə işləri aparılır.

Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların lildən təmizlənməsi və genişləndirilməsi işləri başa çatmaq üzrədir. Rayon ərazisində suvarma sahəsində daha çox əhəmiyyət daşıyan “Boztəpə”, Osmankanal”, “Qızılarx” və “Xəkiarx” adlanan kanallarda təmizləmə işləri əsasən başa çatmışdır.

Rayonda aparılan abadlıq və quruculuq işləri:

İmişli şəhəri Heydər Əliyev prospektində 78 min manatlıq müvafiq abadlıq işləri aparılmışdır. Bundan əlavə Depo məhəlləsi adlanan ərazidə yerləşən Xiyabani, E.İbrahimov, C.Quliyev, M.Quliyev və M.Müşfiq küçələrində asvalt qoyma işlərinin aparılması nəzərdə tutulmuşdur. Asvalt qoymaq üçün hazırlıq işlərinə başlanılmışdır. Eyni zamanda şəhərin mərkəzində X.Bəylərov, Q.Nəbi və T.İsmayılov küçələrində də təmir işləri aparılacaqdır.

2017-ci ilin 3 ayında ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı Yol İstismarı idarəsi tərəfindən rayon ərazisində magistral və kənddaxili avtomobil yollarında müvafiq təmir işləri görülmüşdür.41 min nəfər əhalisi olan 9 yaşayış məntəqəsini özündə birləşdirən 23 km-lik İmişli-Otuziki-Xoşçobanlı-Murğuzalılı-Mürsəlli-Qaraqaşlı-Muradalılı-Nurulu-Ölcələr və Yuxarı Qaralar kəndlərarası avtomobil yollarının əsaslı təmir işlərinə başlanılmışdır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur.

Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin və İmişli rayon Məhkəməsinin inzibati binalarında tikintisi başa çatmış, ASAN” Xidmət Mərkəzinin inzibati binalarının tikintisinə başlanılmış, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin tikintisi nəzərdə tutulmuşdur.

 

Əhalinin sosial müdafiəsi ilə bağlı:

 

Ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla icra edilmiş və bunun nəticəsində İmişli rayonunda 2017-ci ilin yanvar-mart aylarında 109 iş yeri açılmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, rüb ərzində 296 nəfər müvəqqəti işlə təmin olunmuşdur.

2017-ci ilin birinci rübü ərzində gəlirləri ehtiyac meyarından aşağı olan 1176 ailəyə ünvanlı sosial yardımların verilməsi təmin edilmişdir.

Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:

 

 

2017-cı ilin 3 ayı ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, yeni güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 130 ədəd  müxtəlif güclü transformator cari təmir, 36 ədəd trasformator yarımstansiyası isə əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır. Belə ki, rayonun Mirili, Qaravəlli, Qızılkənd, Qulubəyli, Xəlfəli, Xubyarlı, Çaxırlı və Oruclu kəndlərində həyətyanı sahələrdən açıq naqillərlə keçən hava xətləri kabel xətləri ilə əvəzlənmişdir. Hazırda Rəsullu, Şahverdili, Yalavac, Məhəmmədli və Göbəktala kəndlərində 10 və 0,4 kv-luq şəbəklərdə yenidənqurma işləri aparılır.

Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2017-ci ilin 3 ayında 3914 yeni fərdi ev, 9 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 97 olmuşdur.  Rayonun  37 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilmişdir. Bundan əlavə şəhərin bir neçə küçələrində, xüsusi ilə Depo adlanan əraziodə qaz xətlərində təmir işləri aparılmış və qazın normal verilişi təmin edilmişdir.

Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 38 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Son aylarda 8 kənddə Modul tipli su təmizləyici qurğularının tikintisi işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. Rayonun Murğuzalılı, Mürsəlli, Ağcüyür və Gövhərli kəndlərində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması məqsədilə torpaq sahələri ayrılmışdır. Yaxın zamanlarda tikintisinə başlanılacaqdır. Bununla yanaşı əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə  Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərinə yeni su xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur.

İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. Bundan əlavə Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələrinə 550 mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilmişdir.

Təhsil sahəsi üzrə:

 

İmişli rayonu üzrə 57 tam orta, 3 ümumi orta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 4 məktəbdənkənar, 15 dövlət və 1 özəl olmaqla 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yüksək səviyyədə yaxşılaşmış, 40-a yaxın məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. Bundan əlavə İmişli şəhər 7 saylı, Yalavac, Məmmədli, Qulubəyli kənd tam orta məktəblərinin və Qaradonlu kənd Uşaq bağçası-körpələr evinin əsaslı təmir edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə rəsmi müraciət edilmişdir.

 

Səhiyyə sahəsi üzrə:

 

Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 82 nəfər həkim və 361 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə  74 nəfər həkimə ciddi tələbat vardır. 2017-ci ilin birinci rübündə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür.

2017-ci ilin birinci rübündə 371 uşaq doğulmuşdur ki, onların da 98,5 faizi təqvim əsasında profilaktiki peyvəndlərə cəlb olunmuşdur. Nəticədə uşaqlar arasında difteriya, poliomielit və digər yolxucu xəstəliklər qeydə alınmamışdır.

Əhalinin müainəsi üçün 9 həkim briqadası yaradılmış, həmin briqadalar  vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müainələr aparmış, ehtiyacı olanları müalicəyə cəlb etmişlər. Yolxucu xəstəliklərlə mübarizə daimi nəzarətdə saxlanılmış, bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir.

Rayonda  şəkərli diabetli xəstələrin dərmanla təminatı daimi nəzarətdə saxlanılmış, onlar vaxtaşırı dərmanla təmin edilmişlər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılmış və onlar Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin edilmişlər.

Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq Mərkəzi rayon xəstəxanasının dializ şöbəsində hal-hazırda 51 xəstə müalicə alır. Gövhərli tibb məntəqəsi tikilib əhalinin istifadəsinə verilmişdir.

 

Nəqliyyаt sаhəsi üzrə:

 

Rüb ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 1.952.300 manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 579.200 manatı yük daşınmasından, 578.600 manatı isə sərnişin daşınmasından yaranmışdır.

 

Rabitə xidməti üzrə:

 

2017-ci ilin yanvar-mart aylarında əhaliyə faktiki qiymət və 125.400 min manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz az rabitə xidmət göstərilmişdir.

Rabitə xidmətlərinin 110.500 manatı və 74,5 faizi əhaliyə göstərilən pullu xidmətlər təşkil edir.

 

Ticarət üzrə:

 

Rayon üzrə ticarət sahəsi demək olar ki, tamamilə özəlləşdirilmiş, ticarət üzrə qeyri-dövlət sektorunun payı 99,9 faiz təşkil etmişdir.

2017-ci ilin birinci rübü ərzində rayonda pərakəndə əmtəə dövriyyəsi 54.097.200 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 11.123.100 manat təşkil etmiş, ötən ilin müvаfiq dövrü ilə müqаyisədə pərаkəndə əmtəə dövriyyəsi 14,8 fаiz аrtmışdır.

 

2017-ci ilin birinci rübü ərzində sоsiаl-iqtisаdi inkişafın yеkunlаrının təhlili göstərir ki, rаyоndа iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur.

Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə