Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Paytaxtda ağır qəza-5 YARALI-FOTOLAR
Paytaxtda ağır qəza-5 YARALI-FOTOLAR
21 Aprel 2017 / 7:37 / Baxış sayı: 1436
Font1 Font2 Font3 Font4

Gecə saatlarında Abşeron rayonunun Sulutəpə qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəzaya dairədə yol nişanının tələbinə əməl etməyən “99-XU-438” dövlət qeydiyyat nişanlı “London taksisi”nin sürücüsü səbəb olub.

Nəticədə yüksək sürətlə gələn “10-NA-016” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil taksiyə çırpılıb. Zərbə o qədər güclü olub ki, “Mercedes” bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb. Qəza zamanı “Mercedes”in sürücüsü, 1999-cu il təvəllüdlü Əyyubov Nicat Rasim oğlu və sərnişinlər – 1995-ci il təvəllüdlü Albabayev Rahim Şahin oğlu, 1996-ci il təvəllüdlü Kərəmov Əhəd Vidadi oğlu, 1997-ci il təvəllüdlü Qarayev Tural Cavanşir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bundan əllavə, “London taksisi”nin sürücüsü, 1983-cü il təvəllüdlü Alməmmədov Zamin Ümid oğlu da bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə