Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Parisdə atışma -ölü sayı 2-yə çatıb – VİDEO
Parisdə atışma -ölü sayı 2-yə çatıb – VİDEO
21 Aprel 2017 / 7:56 / Baxış sayı: 254
Font1 Font2 Font3 Font4

Parisin mərkəzində baş verən atışma nəticəsində ölən polislərin sayı 2 nəfərə çatıb.

“Report” xəbər verir ki, silahlı insident zamanı yaralanan polis əməkdaşı dünyasını dəyişib.

Bundan əlavə, şəhər metrosunun hadisənin baş verdiyi əraziyə yaxın üç stansiyası – “1 George V”, “Roosevelt” və “Champs-Elysees-Clemence” bağlanıb.

***23:39/20 aprel

Fransanın paytaxtı Parisdə atışma nəticəsində bir polis əməkdaşı ölüb, onun həmkarı isə yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, insident cümə günü axşam, Yelisey çölləri ərazisində baş verib.

Atəş açan şəxs zərərsizləşdirilib.

Polis Departamentinin “Twitter” səhifəsində bildirilir ki, həmin ərazidə əməliyyat aparılır. Əraziyə vertolyot cəlb olunub.

Polis əhalini hadisə yerindən uzaq durmağa çağırıb.

arxiv.bizimxeber.az 


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə