Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan silahlı qüvvələri atəşkəsi pozub
Ermənistan silahlı qüvvələri atəşkəsi pozub
21 Aprel 2017 / 9:31 / Baxış sayı: 154
Font1 Font2 Font3 Font4

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub.

Müdafiə Nazirliyindən “Bizimxeber”ə verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Cəvahirli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə