Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya aviasiyası İrəvanda havaya qalxdı
Rusiya aviasiyası İrəvanda havaya qalxdı
21 Aprel 2017 / 9:32 / Baxış sayı: 252
Font1 Font2 Font3 Font4

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) aviasiyası Ermənistandakı “Erebuni” hərbi bazasında gecə uçuşları keçirib. Gecə təlimlərində hücum və nəqliyyat helikopterləri iştirak edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

“Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı “Erebuni” aviabazasının tərkibindəki “Mi-24” hücum və “Mi-8MTŞ” nəqliyyat helikopterlərinin heyətləri gecə saatlarında təlim uçuşları həyata keçiriblər. Taktiki uçuş təlimi zamanı motoatıcı birləşmələrin havadan dəstəklənməsi üzrə tapşırıqlar və elementlər işlənilib”, – deyə Astafyev bildirib.

O əlavə edib ki, təlimlər çərçivəsində heyətlər attestasiyadan keçəcək. Astafyevin sözlərinə görə, hərbçilər şərti düşmənin havadakı obyektlərinin, qurudakı hərəkətli və hərəkətsiz hədəflərinin, zirehli texnikalarının, alçaqdan uçan təyyarələrinin və pilotsuz uçan aparatlarının aşkarlanması, müəyyənləşdirilməsi və məhv etdirilməsi üzrə 50-dən çox normativ verməlidirlər.

“Təlimlərdə uçuş və texniki-mühəndis heyətlərinin 100-dək hərbçisi, 50-dək xüsusi hərbi və aviasiya texnikası iştirak edir” – deyə Astafyev bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə