Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abdin Fərzəliyev daha yüksək vəzifəyə gedir? – Nazir müavini
Abdin Fərzəliyev daha yüksək vəzifəyə gedir? – Nazir müavini
21 Aprel 2017 / 11:56 / Baxış sayı: 3904
Font1 Font2 Font3 Font4

Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevin yaxın vaxtlarda başqa vəzifəyə göndərilməsi gözlənilir. arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, 2005-ci ildən (12 il) icra başçısı postunu tutan Abdin Fərzəliyev nazir müavini təyin olana bilər.

Ümumiyyətlə, paytaxtın ən strateji  rayonlarından olan Nərimanovda müəyyən sosial problemlər hələ də hökm sürməkdədir. Əksər küçə yolları təmirsizdir, insanların istiliklə təminatında olan problemlər həll edilməmiş qalmaqdadır.

İmkanlı şəsxlərin, məmurların və bisnesmenlərin bu rayon ərazisində yaşaması icra başçısı Abdin Fərzəliyevin işini bir qədər də çətinləşdirir. Daha doğrusu, rayon ərazisində məlum olan problemlərin gizildəlməsi, arxa plana salkınması artıq mümkün deyil.

Həmçinin son aylar rayon ərazisində yaşayan və fəaliyyət göstərən sahibkarların öz beznesini kənara çıxarması çiddi məqamlardan hesab olunur. Bu məsələ çox ciddi müzakirələrə yol açır. Nədənsə heç bir biznesmen Nərimanov rayonu ərazisində ciddi biznes şəbəkəsi qurmaq istəmir. Məlumata görə, rayon ərazisində fəaliyyət göstərən kiçik sahibkarlara belə müəyyən süni əngəllər yaradılır.

Bir sözlə, əmək fəaliyyətinə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan, daha sonra “Naxçıvan” qəzetində müxbir və iki rayonun icra başçısı vəzifələrinə kimi yükşələn Abdin Fərzəliyev Nərimanovu itirir. 12 il Nərimanov kimi rayonu idarə etmək asan iş olmasa da, nazir müavini postu da asan deyil.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Nərimanov rayonunun yeni icra başçısının kimliyi bəlli olsa da, hələlik adı açıqlanmır.

Daha dəqiq təfərrüatlar barədə yaxın günlərdə məlumat verəcəyik.

İlkin
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə