Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AZAL Azərbaycanda sıxışdırdı, çıxıb Ermənistana getdi – Bir Cahangir Əsgərov “şedevri”
AZAL Azərbaycanda sıxışdırdı, çıxıb Ermənistana getdi – Bir Cahangir Əsgərov “şedevri”
21 Aprel 2017 / 11:40 / Baxış sayı: 2172
Font1 Font2 Font3 Font4

Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus” İstanbuldan İrəvana uçuş həyata keçirəcək.

“Bizimxeber” Skrom.net-ə istinadla xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb. Məlumata görə, iyunun 1-dən etibarən “Pegasus” aviaşirkəti İstanbuldan İrəvana aviareyslər həyata keçirməyə başlayacaq. Aviaşirkət uçuşları həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək.

Xatırladaq ki, “Pegasus” şirkəti ucuz aviabiletləri ilə məşhurdur. Daha öncə Azərbaycanda da fəaliyyət göstərməyə çalışan şirkətə, AZAL süni maneələr yaradaraq, ölkədən getməsinə səbəb olmuşdu.

Azbüdcəli uçuşlarıyla tanınan “Pegasus” ötən ilin martından Azərbaycana ayaq açmışdı. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi. Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı. “Pegasus”un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü. Amma…

AZAL hər yola atıb, bu şirkəti də ölkədən qaçırmağa nail olmuşdu. Çünki ucuz bilet təklif edən şirkətlər AZAL-a qəti sərf etmir. Uçuş biletlərini maksimum qiymətə satan AZAL illərdir ki, bu sistemlə işləyir. Vətəndaşların narazılığı isə heç bir fayda vermir.

Bu səbəbdən ölkə xaricinə səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları uçuş biletlərini Gürcüstandan alırlar. Bu üsulla uçmaq qat-qat ucuz başa gəlir. İllərdir ki, başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. AZAL hər şeyi inhisarında saxlayır və bunun sayəsində böyük pullar qazanılır.

İndi isə ölkəmizdə işləməyə imkan verilməyən “Pegasus” şirkəti Ermənistana ayaq açıb və rahat şəkildə uçuşlarını həyata keçirəcək.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə