Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Banklar dollar hərracından imtina etdi – 9 milyon dolları alan olmadı
Banklar dollar hərracından imtina etdi – 9 milyon dolları alan olmadı
21 Aprel 2017 / 13:53 / Baxış sayı: 324
Font1 Font2 Font3 Font4

Ötən gün Mərkəzi Bank və Dövlət Neft Fondunun birgə keçirdiyi valyuta hərracına çıxarılan 35 milyon dolların 9 milyonu satılmayıb.

“Bizimxeber” fins.az-a istinadən xəbər verir ki, hərracda cəmi 26 milyon dollar satılıb. Bunun da ancaq 3,5 milyonunu 3 bank alıb. Qalan məbləğin isə Mərkəzi Bankın və ya iri banklardan birinin aldığı güman edilir. Hərracda cəmi 4 əqd 1.6860-1.6930 manat kursu ilə bağlanıb.

Məlumata görə, kommersiya banklarının əksəriyyəti hərracda iştirak etməyib. Banklarda valyuta hərracına olan maraq minimum həddə enib. İndi onlar daha çox depozit hərraclarına maraq göstərirlər. Çünki manatla kredit verməyə maraqlı deyillər. Ən yaxşı variant kimi Mərkəzi Banka depozit yerləşdirməklə qazanc əldə etməyə üstünlük verirlər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə