Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ANS-dən sərt cavab: “Kişidir, qoy eləsin”
ANS-dən sərt cavab: “Kişidir, qoy eləsin”
21 Aprel 2017 / 14:39 / Baxış sayı: 1602
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, Zoologiya İnstitutunun direktoru Elman Yusifov ANS teleşirkətinə əmlakını institutun binasından çıxarması üçün 10 gün vaxt qoyub. Direktor bildirib ki, əks təqdirdə bələdiyyənin, sahə müvəkkilinin iştirakı ilə qapıları açıb əşyaları bayıra atacaq. 

ANS şirkətlər Qrupu prezidentinin media müşaviri Mayis Məmmədov isə bildirib ki, əmlakın olduğu otaqlar prokurorluq tərəfindən bağlanıb: “Hazırda heç kəs ora daxil ola bilmir”
Məmmədov qeyd edib ki, institut rəhbərliyi istəsə belə, hazırda əşyaları otaqlardan götürə bilməyəcək:
“Bizim əşyalarımız olan otaqları prokurorluq bağlayıb. Hazırda oraya girməyə heç bizim də ixtiyarımız yoxdur. Hansı əsasla belə bir açıqlama verib başa düşmürük. Necə götürüb atacaq? Kişidir, qoy eləsin, qoy atsın. İndi onunla dava edəsiyik? Biz bağlamamışıq ki, prokrorluq bağlayıb. Orada bizim arxivimiz var. O elə arxivdir ki, heç kimdə yoxdur. Heydər Əliyev, Qarabağla bağlı bütün arxiv oradadır. O vaxt ANS yeganə müstəqil kanal olub. Digər özəl kanallar sonradan açılmağa başladı. Qarşıdan Heydər Əliyevin ad günü gəlir. Mən xahiş etdim ki, arxivdən bəzi şeyləri götürməyə icazə versinlər. Razı olmadılar. İndi inistutun direktoru böyük adamdır, o qapını açdıra bilirsə, açdırsın”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə