Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı biznesmen Tiflisdə tutuldu – İKİ İLDİ AXTARILIRDI
Azərbaycanlı biznesmen Tiflisdə tutuldu – İKİ İLDİ AXTARILIRDI
21 Aprel 2017 / 14:45 / Baxış sayı: 466
Font1 Font2 Font3 Font4

Gürcüstanın mərkəzi kriminal polisi Departamentinin mütəşəkkil cinayətkarlıqla mübarizə Baş idarəsinin əməkdaşları İnterpol-un Tiflis bürosu ilə birlikdə keçirdikləri əməliyyat zamanı beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı yaxalanıb. 

Bu haqda Gürcüstan DİN məlumat yayıb. Məlumatda 1961-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı Qalib İbrahimovun Tiflisdə saxlanıldığı, onun 2015-ci ilin noyabrında İnterpolun Azərbaycan bürosu tərəfindən qırımızı bülletenlə axtarışa verildiyi bildirilir.

Gürcüstan DİN-in məlumatına görə o, Azərbaycanın Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə ittiham olunur. Bu maddə iri məbləğdə vergidən yayınmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Hazırda saxlanılan şəxsin barəsində ekstradisiyaya qədər proseduralar həyata keçirilir.

Qalib İbrahimov “Azkomp” MMC şirkətinin rəhbəridir. O, 2015-ci ilin noyabrında iri məbləğdə vergidən yayınmaq ittihamı ilə İnterpol-un xətti ilə beynəlxalq axtarışa verilib. Qalib İbrahimovun beynəlxalq axtarışa verildiyi barədə xəbərlər həmin dövrdə KİV-lərdə yayılıb.

“Azkomp” MMC-nin və Qalib İbrahimovun fəaliyyəti barədə geniş məlumat yoxdur. Bununla belə tender.gov.az saytında göstərilir ki, həmin şirkət 2012-ci ildə iki nazirliyin kompüter və şəbəkə avadanlıqlarının alınmasına dair keçirdikləri üç tenderin qalibi olub. Bunlar məbləğinə görə elə də böyük olmayan tenderlərdir, ümumi məbləği bir neçə on min manatdan çox deyil. Həmin tarixdən sonra “Azkomp” MMC-nin dövlət strukturlarının və müəssisələrinin keçirdikləri tenderlərdə iştirakına dair məlumata rast gəlinmir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə