Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Zər qədrin zərgər bilər”… 10 ildən sonra dəyişməyənlər…
  • 21 Aprel 2017 / 17:39 / Baxış sayı: 2274

10 il əvvəl “Bizi hara aparırsız” başlıqlı bir məqalə yazmışdım. Yazıda Azərbaycan mətbuatının o zamankı biabırçı durumunu və gələcəkdə mətbuatı yaxşı heç nə gözləmir kimi ştrixtlər etmişdim. O vaxtdan düz 10 il keçir. Yenə eyni adamlar, eyni problemlər, eyni vədlər və hətta bir az da çətin.

Azərbaycan mətbuatının problemləri elə 10 il əvvəl başladı.

Mətbuata yardımlar gündəmə gəldi və ardınca qəzetlərə maliyyə yardımları ayrıldı. Maşallah olsun heç kimin tanımadığı, ayda ildə bir dəfə çıxan ya çıxmayan o qədər qəzet-jurnal var ki, yardım alır. Özü də ildə 2 dəfə.

Puldu da, bəy verən atın dişinə baxmazlar. Əsas odur ki, dövlət verir və bu razılaşdırılmış şəkildə xərclənir. Beləmi olmalıdır?

Daha sonra jurnalistlər üçün mənzillər tikildi. Bu ölkə prezidenti İlham Əliyevin Azərbaycan mətbuatına göstərdiyi böyük bir qayğı və diqqət rəmzi idi. Evsiz jurnalistlər çox sevinmişdi ki, onların da evi olacaq.

Amma bizim bəzi başbilənlər bu məsələni də həll etməyin yolunu tapdılar. Mənzillər elə bir formada bölündü ki şiş də yandı kabab da. O, binada elə mənzillər var ki, sahibi – yəni “jurnalsit” orada bir saat yaşamayıb. Yəni bu ev bir əmlak, yatırım olaraq qalıb. Əgər maraqlıdırsa araşdıraq görək o mənzillərin neçəsi kirayə verilib? Bu böhtan deyil, cənablar acı faktdır. Bununla da işim yoxdur. Allah hər kəsə ev nəsib etsin.

Sadəcə bir məqama toxunacam.

Azərbaycanda jurnalistlərin dəstəyi və səsverməsi ilə yaradılmış Mətbuat Şurası adlı bir QHT var. Bütün jurnlaistlər bilir ki, bu özəl bir qurumdur. Amma dövlətlə-mətbuat arasında, məmurla jurnalist arasında belə demək mümkündürsə bir körpü rolu yaratmaq istəyir və əksər hallarda yaradır. Şura sədri də elə yarandığı gündən xətrin çox istədiyim Əflatun Amaşovdur. İnsaf naminə deyəcəm ki, bəzən haqlı jurnalistləri müdafiə də edir.

Üstəlik sağlıqla işləsin, bu il depuatat postu da rəva gördülər. Bunlar lap əla və buna sevinək ki, Milli Məclisdə jurnalistlər adından danışan Amaşov var. Amma mənə maraqlı olan budur ki, bütün bunların fonunda Azərbaycan Jurnalistikasının və əsl jurnalistlərin nə gunahı var?

Axı jurnalistika bu adamlara çörək verib, vəzifə üçün imkanlar yaradıb. Bunun sayəsində tanınıblar, hörmət qazanıblar, jurnalist adına güvənib bir az da dərinə gedib haqqlarını tələb edə biliblər və sairə… Elə isə jurnalistikamızı, onun dəyərini, şöhrətini nədən ayaqlar altından çəkib ala bilmirlər?

Bu gün Azərbaycan jurnalistikası “reket” sözünü bir ləkə olaraq daşıyan, lənətlənmiş üz qarası kimi bir sahəyə çevirilib. Bunu etiraf etmək lazımdı. Məmurlar jurnalist adı eşidəndə az qalırlar tüpürsünlər. Kimdir bu sahəni bu hala qoyan? Niyə belə edirlər? Bu nə deməkdir?

Bir zamanlar mətbuat siyasətdən uzaqdır deyənlər, mətbuatı siyasiləşdirməyin deyınləır indi mətbuatı siyasətin quluna çeviriblər. Əslində mətbuat elə siyasətin bir hissəsidir. Dünyada ən güclü mövqedə dayanan mətbuat siyasiləşmiş mətbuatdır. Bəs siyasiləşdirməyin deyənlər indi niyə bu mətbuatdan siyasi alət kimi istifadə edirlər?

Amma gəlin görək Azərbaycan mətbuatı siyasiləşib, yoxsa biabırlaşıb?

Dövlət budcəsindən hər il Azərbaycan mətbuatının inkişafı üçün milyonlar ayrılır, müsabiqələr keçirilir. O müsabiqələrdə kimləri görürük? Eyni saytlar, eyni qəzetlər və eyni qaliblər… Bəs o birisilər? Abrına bükülüb kənardan baxan əsl jurnalistlər? Onlar nə etsin? Onlara kim yol açsın?

Əcəba 10 ildə BDU-nun jurnalistika fakultəsindən azı mindən artıq ixtisaslı jurnalist məzun olub. Onların arasından 3 nəfər savadlı kadr seçib gənc jurnalsit kimi ortaya çıxarmaq, yetişdirmək, formalaşdırmaq olmazdımı? Peşə məktəbini bitirməyən biri necə baş redaktor ola bilir? Axı bundan niyə soruşmurlar ki, sən çox ciddi bir fəaliyyətlə məşgulsan və sənin yazdıqların, dövlətin siyasətinə, millətin təhlükəsizliyinə böyük zərbə vurur. Niyə bu adamlardan soruşmurlar bunu? Niyə məhz bu baş redaktorların kimliyini araşdıran qurum yaratmırlar? Axı mətbuat çox ciddi məsələdir və dövlət siyasətinin yarısı deməkdir.

Eyni adamlar nə qədər Mətbuat Şurasının müxtəlif komissiyalarında təmsil olunacaq? Eyni adamlar nə qədər boş-boş ağıl verəcək, təzyiq göstərəcək, xahiş edəcək və sairə…

Prezident  İlham Əliyev dəfələrlə peşəkar kadr siyasətindən danışır. Dəfələrlə bildirib ki, hər sahə üzrə peşəkarlar hazırlamaq, ixtisaslı kadrlara üstünlük vermək lazımdır.

İndi gəlin diqqət edək, Azərbaycan jurnalistikasında baş redaktor olaraq neçə adam ixtisaslı və peşəkar jurnalistdir. Görək hansı baş redaktor KİV-haqqında qanundan bir bənd bilir. Araşdıraq görək hansı baş redaktor sərbəst şəkildə baş vermiş hər hansı bir hadisəni şəhr edə biləcək…

Bunlar bəlkə də çətin oldu. Adi bir inşa müsabiqəsi keçirilsin. İnşa belə yazmaqda çətinlik çəkəcəklər. O zaman bu baş redaktorlara əsaslı olaraq get bildiyin işlə məşğul ol demək olmazmı?

Bizim Rusiya və ABŞ prezidentinə qədər çıxaraq müsahibə almaq imkanı olan neçə jurnalistimiz, baş redaktorumuz var? Etiraf edək ki, yoxdur. Bu gün büdcədən milyonlar alan Azərbaycan mətbuatının “başbilənləri”ndən hansı yaxşı qələm sahibidir? Onlardan hansının yazısı dünya mətbuatında ciddi müzakirə effekti yaradıb? Axı onların işləmək üçün pulları var. Bu şərait onlara yüksək səviyyədə yaradılıb. Ofislər, işçi kontingenti avtomobillər, söz demək üçün tribunalar və yaşamaq üçün dövlətin verdiyi ev. Nəyləri əskikdir? O zaman niyə edə bilmirlər? Bu sualları saysız qədər artıra bilərəm. Amma lazımsızdır. Çünki onlara bu gün mən deyənlər lazım deyil.

Lazım olan budur… Azərbaycan mətbuatını idarə edənlər istəyir ki, hər kəs onlardan aslı olsun. Hər kəs onun diqtəsini eşitsin. Müxbiri də, baş redaktoru da məhz onun nəzarətində işləsin. Burda məqsəd. Heç də nəzarətdən çıxsalar nəysə olar prizması deyil, məqsəd sadəcə sahənin monopoliyasıdır.

BDU-nun jurnalistika fakultəsini bitirənlərin əksəriyyəti Azərbaycan mətbuatında yoxdur. Məcbur olanlar mətbuatın nə olduğunu anlamayan arxalı baş redaktorların təpkisi altında işləmək məcburiyyətindədir. Əksəri isə ya bazarda al-ver edir, ya da başqa sahə üzrə işləyir. Düşünməyin onlar jurnalust olmaq istəməyiblər. Əksinə, onlar jurnalistika sahəsində Azərbaycan dövlətinə çox-böyük tövhə verə biləcək adamlardır. Sadəcə şorla bala qiymət verilməyəndə belə olur. Ayaqqabı ustasına kompyuter format etmək tapşırılırsa, o zaman kompyuter ustaları da bazarda qadın paltarı satmaq məcburiyyətində qalacaq. Bunun başqa adı yoxdur.

Bu gün oxuyuram ki, Azərbaycan Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılır, tərkibi genişləndirilir. Deməli  şikayətləri araşdıranlar arasında dövlət qurumlarının nümayəndələri də olacaq. Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək.

Burda çox maraqlı və ciddi diqqət olunan iki məqam var. Əvvəla Mətbuat Şurası illərdir məmurların şikayətlərini araşdırır və bu günə kimi bir dəfə də olsun jurnalistin haqlı olduğunu görməmişik. Adətən məmur haqlı olub və dannaqlı barışdırcı mövqe sərgilənib. Son həddə isə mətbu orqan “reket” elan olunub.

Və biz bunun da şahidi olmuşuq ki, Mətbuat Şurasının “reket” elan etdiyi mətbu orqan yenə fəaliyyət göstərib və bir müddət sonra Şuranın “QARA SİYAHI”sından çıxarılıb. Ən acınacaqlı hal budur ki, belə mətbu orqanlar sonradan müsabiqələrin qalibi olub, dövlət dəstəyindən yararlanıb və baş redaktorları daha hörmətli şəxslər statusunda qarşılanıb.

Yeni qərardan sonra nə olacaq? Təsəvvür edək ki, bir məmur haqqında yazılan yazı Mətbuat Şurasında bir neçə dövlət qurumu nümayəndəsinin nəzarəti altında araşdırılır. Sizcə hansı məmur onunla bağlı hansısa faktların bu qurumların nəzarəti altında araşdırılmasını istəyəcək? Axı o məmurun özü düzgün işləmir. Müəyyən yerlərdə yeyinti ilə məşğul olub. Bu o deməkdir ki, cəmi 3-5 faiz məmur bu imkandan yararlanmaq istəyəcək. Əgər onları yazılarla bağlı Şuraya müraciət etməyə vadar etməsələr. Deməli bu vəziyyət mətbuatda o işlə məşğul olan şəxsləri yeni metodlar axtarıb tapmaq məcburiyyətində qoyacaq. Bu dəfə onlar daha yeni metodlara əl atacaqlar. Nəticədə jurnalistikada lap ciddi problemlər yaranacaq.

Deməli bu da çıxış yolu deyil. Elə isə bəs nədir?

Mətbuat Şurasının zəif olması heç kim kimə sirr deyil. Buna səbəb Əflatun Amaşovun mətbuatla məmur arasında balanslı siyasət yürütməsidir. Jurnalisti qorumaq da isytəyir, məmurla da pis olmaq istəmir. Məhz bu siyasət MŞ-nı daha ciddi qurum olmaqdan uzaqda saxlayır.

Diqqət edin! Bir müddət Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin tribunasından elektron mətbuata maliyyə yardımlarının edilməsini təklif etdi. Amaşov eyni təkliflə azı 20 dəfə çıxış edib. Hələ də heç bir nəticə olmayıb. Reklam bazarının formalaşması ilə bağlı 2o ildi müzakirə gedir. Hələ də heç bir nəticə yoxdur. Elektron KİV-lərin qeydiyyatı ilə bağlı saysız müzakirələr aparılıb. Yenə də nəticə yoxdur.

Amma şikayətlərin araşdırılması məsələsinə dərhal reaksiya verilir və dövlət qurumları cəlb olunur, komissiyanın tərkibi genişlənir və sairə… Sizcə bu jurnalistikanın inkişafıdır, yoxsa?

Azərbaycan kimi ölkələrdə mediaya nəzarət olduqca asan bir prosessdir. Çox kiçik bir mexanizm mətbuatın super inkişafına gətirib çıxara bilər. Bu olkədə cəmi 7 telekanal fəaliyyət göstərir. Çox az sayda da təsir imkanlarına malik qəzet və elektron sayt.

Sadəcə bu sahəni monopoliyadan çıxarmaq, peşəkar jurnalistlərə şərait yaratmaq lazımdır. Nə qədər ki, fizika müəllimini, mina axtaranı, şairləri, mətbuatın ən yüksək kürsüsünsə görəcəyik, Azərbaycan mətbuatı çox bərbad vəziyyətdə olacaq.

Hardansa maliyyələşən media orqanlarına axrayın olub ölkə mətbuatını tənzimləmək doğru deyil. Hansısa böyük bir media qurum prezidentin bir imzası ilə işdən çıxarılaraq yox olan bir nazirlə bərabər yox olacaq.

Güclü mətbuat konkret və net şəkildə reklam bazarınıın formalaşmasından və müəytyən müddətli ciddi nəzarət zamanı yaranır. Mətbuat idarəolunandır. Güclü mətbuat hər ay pulu hardansa gələn baş redaktorlara sərf etmir. Belə baş redaktorlara guclu media, reklam bazarı gərək deyil. Çünki bilir ki, bu savad və təcrübə ilə güclü rəqabətə davam gətirməyəcək. Odur ki, illərdir eyni adamlar, eyni istiqamət və eyni kordinatda hərəkət edirik. Biz son 10 ildə dəyişmədik.

Ədil Hüseynli
Baş redaktor

Şərh əlavə edin

Yuxarı Geri Ana Səhifə