Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyənin Azərbaycandakı səfiri SDU-da oldu
Türkiyənin Azərbaycandakı səfiri SDU-da oldu
21 Aprel 2017 / 16:56 / Baxış sayı: 308
Font1 Font2 Font3 Font4

Respublikamızın beynəlxalq nüfuzu artdıqca xarici ölkə vətəndaşları da təhsil mərkəzimizi seçir. Aprelin 21-də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoralı və Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri cənab Abdulqafur Büyükfıratı qəbul etdi. Rektor cənab Erkan Özoralı və qonaqları universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi, bildirdi ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ölkəmizi ilk tanıyan dövlət olmuşdur.

Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Rektor professor Elxan Hüseynov universitet haqqında geniş məlumat verərək SDU-nun beynəlxalq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlığından və Türkiyənin ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadiləsini həyata keçirən “Mövlanə Mübadilə Proqramı”na qoşulmasından söhbət açdı. O da vurğulandı ki, universitetdə təhsil alan əcnəbi tələbələrin arasında türk tələbələrinin sayı daha çoxdur.

Görüş zamanı rektor Prezident cənab İlham Əliyev tərəfindən uğurla aparılan daxili və xarici siyasətin nəticəsində son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də qazanılan böyük uğurlardan geniş bəhs etdi. Bildirdi ki, hal-hazırda Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələrimiz, elm, təhsil, mədəniyyət və digər sahələrdə də əməkdaşlığımız yüksək səviyyədə inkişaf edir. İki dövlət strateji tərəfdaşdır. Hazırda ikitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu günlərdə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcəkdir. Bu gün respublikamızda fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin, o cümlədən, Sumqayıt Dövlət Universitetinin tələbələri İslam Həmrəylik Oyunlarında könüllü qismində iştirak edəcəklər. Qeyd edək ki, birinci Avropa Oyunları zamanı universitetimizin könüllüləri öz bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdilər.

Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mahiyyəti, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışan rektor onu da bildirdi ki, təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.

Səfir Erkan Özoral səmimi və işgüzar görüşdən razı qaldığını bildirərək SDU-da təhsil alan türkiyəli tələbələrə göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkür etdi. SDU-nun Türkiyə universitetləri ilə

əlaqələrini yüksək qiymətləndirən səfir yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini də bölüşdü.Görüşdə iki ölkənin təhsil sahələri arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri məsələsi müzakirə olundu.

Qonaqlar universitetin I və II tədris binasında, müasir tələblərə cavab verən laboratoriyalarında oldular, sonra səfir Erkan Özoral və Təhsil müşaviri Abdulqafur Büyükfırat türkiyəli tələbələrlə görüşdülər. Qonaqlar Türkiyə — Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafının böyük əhəmiyyətə malik olduğunu, tarixi köklərə söykənən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı ən təbii hisslərdən bəhrələnən, ondan güc alan Azərbaycan – Türkiyə qardaşlığının möhkəmlənərək, inkişaf etdiyini qeyd etdilər. Vurğuladılar ki, bu əlaqələrin inkişafı üçün hamımız çalışmalı və iki dövlətin maraqlarını tam məsuliyyətlə qorumalıyıq. Səfir Erkan Özoral xüsusi ilə qeyd etdi ki, hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin, elminin səviyyəsidir. Sumqayıt Dövlət Universitetində tələbələr üçün yaradılan şərait ona əsas verir ki, beynəlxalq əlaqələrimiz daha da genişlənəcək və inkişaf edəcək. İnanıram ki, siz də öz növbənizdə ixtisaslı kadr kimi bir millət, iki qardaş dövlətinə layiqincə xidmət edəcəksiniz.

Tələbələr universitetdə onların təhsili və yaşayışı üçün yaradılan şərait, mövcud tədris sistemi haqqında səfirə məlumat verdilər. Onların arzu və istəkləri dinlənildi, sualları cavablandırıldı.

arxiv.bizimxeber.az 

SDU_3415 SDU_2984 SDU_3161 SDU_3246 SDU_3272 SDU_3323



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə