Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aİ Azərbaycanla vizasız rejimə keçə bilər
Aİ Azərbaycanla vizasız rejimə keçə bilər
21 Aprel 2017 / 17:05 / Baxış sayı: 362
Font1 Font2 Font3 Font4

“Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında vizasız rejimin tətbiqi imkanı istisna deyil”.

Bunu Trend-ə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.

H.Salber qeyd edib: “Vizasız rejim tətbiq edilməzdən əvvəl bir çox məsələlər, o cümlədən texniki məsələlər həll olunmalıdır. Tərəflər bir sıra prosedurları keçməlidirlər. Əgər bütün aprektlər razılaşdırılsa və müəyyən edilsə, Aİ və Azərbaycan arasında vizasız rejim prinsipcə mümkün olacaq”.

Xüsusi nümayəndə müvafiq razılaşmanın əldə olunması ilə bağlı dəqiq tarixi deməyib: “Bu məqsədə çatmaq üçün konkret tarix barədə nəsə demək hələ çətindir. Tərəflər belə imkana baxılmasının erkən mərhələsindədirlər. Lakin bu perspektiv istisna edilmir”.

H.Salber Aİ ilə Azərbaycan arasında münasibətləri kifayət qədər geniş və hərtərəfli adlandırıb.

Onun sözlərinə görə, ikitərəfli münasibətlər əvvəlki illərlə müqayisədə ən yüksək səviyyədədir: “Tərəflər arasında yeni saziş siyasət, ticarət və energetika sahələri daxil olmaqla, əməkdaşlığın müxtəlif aspektlərini əhatə edir”.

Diplomat yeni saziş üzrə danışıqların bu il başa çatacağına ümid etdiyini bildirib: “Yeni saziş gələcək əməkdaşlıq üçün möhkəm və əlverişli baza yaradacaq”.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə