Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmam Rəhmətullahın kişi ginekoloqlara qarşı çıxması
İmam Rəhmətullahın kişi ginekoloqlara qarşı çıxması
21 Aprel 2017 / 17:09 / Baxış sayı: 816
Font1 Font2 Font3 Font4

Daşkəndin «Mirzo Yusuf» məscidinin imam-xətibi Rahmatulloh Saifutdinov bildirib ki, mətbuat onun kişilərin ginekologiya ilə məşğul olmasına qarşı çıxışını yanlış yozub. O, KİV-i fitnə yaratmaqda ittiham edib.«Həmin moizə zamanı mən ginekologiya haqqında danışmışam. Ancaq əslində, çoxları bu moizənin mənasını anlamayıblar. Mamaçalığı qızlara öyrətmək lazımdır. Qadınlardan doğuşu kişilər yox, qadınlar qəbul etməlidirlər. Kişiləri kişi, qadınları qadın həkimlər müayinə etməlidir. Özü də bu, mənim tələbim deyil, şəriətin tələbidir», – «Mirzo Yusuf» məscidinin imam-xətibi deyir.

Xatırladaq ki, martın 31-də cümə moizəsində 42 yaşlı imam Saifutdinov özbək valideynləri oğullarının mamaçalıq və ginekologiya ixtisasları üzrə təhsil almasına icazə verməməyə çağırmışdı. O, bu peşənin kişilər üçün «biabırçı» olduğunu demişdi. Ancaq imamın çıxışının videoyazısı internetdə yayılandan sonra sosial şəbəkə istifadəçiləri arasında diskussiya yaradıb.

İmam Saifutdinov onun çıxışı haqda yazmış AzadlıqRadiosunun özbək xidmətini, BBC və «Amerikanın səsi»ni fitnə yaratmaqda ittiham edib.«Onlar fitnə yaradırlar…Yazırlar ki, özbək imam kişi mamaçalardan imtina etməyə çağırır. Onlar bu materialları rusdilli auditoriyaya çatdırırlar, onların fikrini öyrənmək istəyirlər. Ancaq mənim moizəm rusdilli auditoriyaya aid deyil», – Rahmatulloh Saifutdinov deyir.

İmam-xətibin sözlərinə görə, onun moizəsinə qarşı şərhlər yazanlar «Qərbin arzuolunmaz adamları»dır.«Moizəmə qarşı danışan kişilərin yarısı mamaçalıqla məşğul olanlardır. Digər yarısı «hizbutçiklər» (panislamist «Hizb-ut-Təhrir» partiyasının tərəfdarları nəzərdə tutulur – tərc.), vəhhabilər və vətənə qayıda bilməyən Qərbin arzuolunmaz adamlarıdır. Dövlətimizin siyasətinə qarşı çıxan adamlar bizə daş atırlar», – imam Rahmatulloh Saifutdinov deyib.

Özbəkistanlı dilçi Farida Şərif bildirib ki, ölkənin Səhiyyə Nazirliyindən imamın çıxışına rəy bildirmələrini xahiş edib.«Öz müraciətimdə nazirliyin məmurlarından imamın bəyanatı ilə bağlı fikir bildirməyi xahiş etmişəm. Məncə, tibb müəssisələrində kadr hazırlığı ilə dövlət orqanları məşğul olmalıdır», – Farida Sharif deyir.O hesab edir ki, Daşkənd imamının moizəsi qadın hüquqlarına qarşı yönəlib. «Onun kişi həkimləri qadınlara yaxın qoymamağı tələb etməyə nə ixtiyarı var? Qadınlarımızın öz sağlamlıqlarını qorumağın yollarını seçməyə tam hüquqları var», – o deyir.

Özbəkistan Konstitusiyasında dini birliklərin dövlətdən ayrı olduğu təsbit edilib.«Özbəkistandan olan psixoloq və yazıçı Mahmud Yuldaşev deyir ki, həkimlərin cinsə görə bölünməsi düzgün deyil: «İnsan həyatla ölüm arasında qalanda həkimin cinsinə baxmır. Hesab edirəm ki, mollalar öz dini işləri ilə məşğul olmalı, dünyəvi məsələlərə qarışmamalıdırlar. Özbəkistan dünyəvi dövlətdir. Onlar öz burunlarını dünyəvi məsələlərə soxsalar, onların burnunu «kəsmək», yəni ölkənin əsas qanununu tətbiq etməklə məhdudlaşdırmaq gərəkəcək. Konstitusiya peşə seçən zaman cinsə görə ayrıseçkiliyi yasaqlayır. Ona görə də, heç kəs mənə, yaxud da başqasına ginekoloq olmağı qadağan edə bilməz. İnsan özü özünə həkim seçir və heç kəs onu istəmədiyi həkimi seçməyə məcbur edə bilməz».

Qeyd edək ki, Özbəkistanda kişilərin ginekologiya ilə məşğul olmasını qadağan etmək çağırışları ilk dəfə səslənmir.Hələ 1990-cı illərin əvvəllərində Ali Sovetin deputatı, tanınmış özbək müğənnisi Şirəli Juraev doğum evlərinə yalnız qadınların işə götürülməsini təklif etmişdi.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə