Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əsəd cavab verdi: “Bu fotolar montajdır…”
Əsəd cavab verdi: “Bu fotolar montajdır…”
22 Aprel 2017 / 11:01 / Baxış sayı: 1040
Font1 Font2 Font3 Font4

Suriya prezidenti Bəşər Əsəd “RİA Novosti”-yə müsahibəsində Suriyanın Hava Hücumundan Müdafiə sistemlərini ABŞ-ın “Tomahawk” raketlərilə bombaladığı zaman ölkənin reaksiya verməsinə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, Əsəd bildirib ki, terrorçular Suriya Hava Hücumundan Müdafiə (HHM) sisteminin 50 faizindən çoxunu məhv ediblər. Bu səbəbdən Suriya ordusu Şayrat aviabazasına zərbə zamanı ABŞ raketlərini vura bilmədi:

“HHM obyektlərinin əksər hissəsi şəhər hüdudlarından kənarda, ətraf ərazilərində yerləşir. HHM sistemimiz terrorçuların ilk hədəfi idi. Dəqiq rəqəmləri təqdim etməməliyik, çünki bu, sizə məlum olduğu kimi hərbi məlumatdır. Lakin deyə bilərəm ki, bu sahədə itkimiz 50 faizdən çoxdur”.

Xan Şeyxuna kimyəvi hücumun olmadığını deyən Əsəd, əslində bunun təxribat olduğunu vurğulayıb: “Kimyəvi hücum iddiaları ABŞ tərəfindən Şayrat bazasına hücum etmək üçün bir bəhanə idi. Rusiya hava hücumunda uşaqların öldüyünü göstərən fotoların daha sonra saxta olduğu məlum oldu. Bir uşağı götürüb üzərini saxta qan və palçıqla çirkləndirib fotosunu çəkdilər. Digər görüntülər də buna bənzərdir. Görüntülərdə xilaskar olduğu iddia edilən şəxslərin maska və əlcək taxmadan insanlara kömək etdiyi görünür, rahatlıqla gəzirlər. Bu necə olur? Bu zarin qazının xüsusiyyətlərinin əksinədir. Bu mümkün deyil, onlar da digərləri kimi ölməli idi. Baxmayaraq ki, görüntülərdə yerdə yatan şəxslərin ölü olub olmadığını da bilmirik. Bu görüntüləri montaj etmək asandır”.

Əsəd, həmçinin bildirib ki, Rusiya hava qüvvələri ölkəyə dəstək verməyə başlayandan sonra terrorçularla hökümət qüvvələri arasında balans dəyişib: “Palmira, Hələb və bir çox bölgəni geri aldıq. Ona görə də hələ rus quru qüvvələrinin dəstəyinə ehtiyac duymuruq. Əgər gələcəkdə ehtiyac olarsa, etiraz etməyəcəyik”.

Suriya prezidenti əlavə edib ki, Qərb dövlətləri həlak olmuş suriyalıların sırasına öldürülmüş terrorçuları və əcnəbi muzdluları da qatır. Halbuki rəsmi Dəməşq onları hesaba almır: “Rəqəmlər vəziyyətin nə dərəcədə faciəvi olduğunu göstərmək və Suriyaya müdaxilə üçün əsas yaratmaq məqsədilə şişirdilir”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə