Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hərbi hissəyə hücum: terrorçular 140 əsgəri öldürdü
Hərbi hissəyə hücum: terrorçular 140 əsgəri öldürdü
22 Aprel 2017 / 12:09 / Baxış sayı: 362
Font1 Font2 Font3 Font4

“Taliban” silahlılarının Əfqanıstanın şimalındakı Bəlx əyalətindəki hərbi bazaya hücumu nəticəsində ölkə ordusunun azı 140 əsgəri həlak olub.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hərbi forma geymiş talibançılar aprelin 21-də cümə namazından sonra Məzari-Şərif şəhəri yaxınlığındakı hərbi hissəyə daxil olublar. Əvvəlcə kamikadze qapının ağzında özünü partladıb, sonra silahlılar iki pikapla hərbi hissəyə girərək atəş açmağa başlayıblar.

 

Əvvəlcə ABŞ mərkəzi komandanlığının nümayəndəsi Con Tomas 50 nəfərin öldüyünü açıqlayıb. Lakin Məzari-Şərif rəhbərliyindən olan məmur azı 140 hərbçinin öldüyünü, çoxlu sayda yaralının olduğunu deyib. Ölənlərin sayı arta bilər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə