Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Başından böyük danışanların cavabı veriləcək”
“Başından böyük danışanların cavabı veriləcək”
30 Aprel 2013 / 13:37 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə “El” hərəkatının təmsilçiləri arasında “soyuq savaş” ara vermir.

“El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin VİP sədrinin müavini Ramil Hüseynov haqqında dediyi son fikirlər də əks tərəfdən cavabsız buraxılmadı. R.Hüseynov növbəti açıqlamasında kimliyindən asılı olmayaraq, VİP-ə və onun rəhbərliyinə qarşı şər-böhtan səsləndirənlərin hər zaman yerlərində oturdulacağını deyib:

“Eldəniz Quliyev bu cavabı ilə onun haqqında dediyim sözlərin tam hədəfə  dəydiyini sübut etdi. Eyni zamanda, həmin açıqlamadakı söyüşün də ünvanını cəmiyyətə göstərmiş oldu. Onun artıq danışmağa sözü qalmayıb və indi də siyasi təqlidçiliyə başlayaraq, məni Siyavuş Novruzova bənzədib. Siyasi mövqeyimiz və dünyagörüşləmiz kəskin fərqlənsə də, obyektivlik naminə deməliyəm ki, Siyavuş Novruzov həmin Eldəniz Quliyevdən qat-qat əqidəli,  mənəviyyatlı və sözünün sahibi olan insandır. Siyavuş Novruzov neçə illərdir, eyni əqidənin, simanın sahibidir. Eldəniz Quliyev isə qayıdıb özünə, keçdiyi yola baxsın, görsün özü kimə və ya nəyə bənzəyir, sonra başqaları haqqında danışsın. Mən aramızdakı böyük yaş fərqini nəzərə alıb, bu polemikanın etik normalardan kənara çıxmasını istəmirəm. Amma o da bilməlidir ki, yaşının bu vaxtında kimlərəsə böhtan atmaq olmaz. Yaş-baş məsələsinə gəldikdə isə başından böyük danışanların cavabı həmişə veriləcək”.

R.Hüseynov qarşı tərəfin onun son açıqlamasını “tərbiyəsizlik” adlandırmasına da münasibət bildirib: “Fikrimcə, onun ümumiyyətlə, tərbiyədən danışması çox yersizdir, buna haqqı çatmır. Bəlkə Eldəniz Quliyevin kiməsə şər-böhtan atması tərbiyəvi davranış nümunəsidir?! Tərbiyəsizin böyüyü elə onun özüdür ki, böhtanla danışır. Mən həmin açıqlamama görə qətiyyən təəssüflənmirəm və o sözümün üstündəyəm. Bütün fəaliyyəti yalan-böhtan üzərində qurulanlarla məhz o cür danışmaq lazımdır. Bir məqamı da qeyd edim ki, o açıqlama mənim şəxsi mövqeyimdir, partiya ilə heç bir əlaqəsi yoxdur. VİP qarşısında yüksək hədəfləri olan partiyadır və Eldəniz Quliyev kimilərlə uğraşacaq deyil”.

VİP sədrinin müavini tərəflərin “söz savaşı“nda yer alan “böyüklük” və “sahiblik” məsələsinə də aydınlıq gətirib: “Başımızın üstündə Allahdan başqa böyüyümüz yoxdur. Hər halda, cılız siyasi məqsədləri üçün ölkənin daxilində və xaricində özlərinə “sahib” tapıb onların əmrlərini yerinə yetirənlərin kimliyini hər kəs bilir. Öz adlarını özlərinə saxlasınlar…  “Mikrorayon cini”ni də, onun əmr verən sahiblərini də hamı tanıyır… Əgər özünü yaxşı aparmasa, onun sahiblərinin adlarını da açıqlayacağıq… Partiyada isə böyüklər, sahiblər yox, əqidədaşlar olur… Pula görə yol kənarında dayananların, başqa ölkələrin maraqlarına qulluq edənlərin sahibləri olur… Şəxsən mənə bu dünyada heç kəs əmr verə bilməz. Ona görə də, Eldəniz Quliyevin susmağı məsləhətdir… Danışdıqca düşdüyü bataqlıq onu bir az daha dərinə aparır…”.

arxiv.bizimxeber.az



“Başından böyük danışanların cavabı veriləcək” yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə