Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

1 milyard dollar oğurlayan deputat oğlunun məktubu: “Anam alkaqolik idi”
1 milyard dollar oğurlayan deputat oğlunun məktubu: “Anam alkaqolik idi”
22 Aprel 2017 / 14:43 / Baxış sayı: 886
Font1 Font2 Font3 Font4

ABŞ məhkəməsi Rusiya Dövlət Dumasının deputatı Valeri Seleznyovun oğlu Roman Seleznyovun barəsində hökm çıxarıb.

Virtualaz.org xəbər verir ki, prokuror kiberdələduzluqda, yüz minlərlə kredit akrtının şifrələrini oğurlayıb internet üzərindən satmaqda ittiham edilən deputat oğluna 30 il həbs cəzası istəmişdi. Vaşinqton məhkəməsi prokurorun tələb etdiyi cəza müddətini cəmi 3 il azaldıb və Roman Seleznyova 27 il həbs cəzası kəsib. Bu, ABŞ ədliyəsinin kiberdələduzluğa görə kəsdiyi ən ağır cəzadır.

Prokuror isə bildirib ki, Roman Seleznyova törətdiyi əməllərə görə hətta ömürlük həbs cəzası düşürdü. Prokurorun bildirdiyinə görə, Seleznyov və ortaqları Vladivostokda, İndoneziyanın Bali kurort bölgəsində klaviatura arxasında oturaraq dünyanın hər yerində minlərlə kompüteri sındırıb, həmin kompüterlərdən milyonlarla kredit kartının şifrələrini ələ keçirib. Sonra şifrələri başqa cinayətkarlara sataraq kartların sahiblərinin milyonlarla dollarının oğurlanmasını təşkil edib. İttiham aktına görə rusiyalı haker oğurladığı kredit kart şifrələrini iki internet-mağazada satışa çıxarmışdı. Nəticədə kredit kart şifrəsi əldə etmək Amazon portalında kitab sifariş verməkdən asan hala gəlmişdi.

Deputat Valeri Seleznyov

Prokurorun ittihamında deyilir ki, Seleznyov bu cinayətkar fəaliyyəti nəticəsində böyük pullar qazanıb və dəbdəbəli həyat sürüb. Vicdanlı vergi ödəyiciləri və maliyyə təsisatları isə onun əməllərindən ciddi ziyan çəkib, bəzilərinin biznesi məhv olub. İttiham aktına görə Seleznyovun fəaliyyəti nəticəsində dəyən zərər 170 milyon dollara yaxındır. Zərərçəkənlər arasında milyonlarla kredit kart sahibləri, 3700-dən çox bank, 500-dən çox şirkət var.  Lakin prokurorluq istisna etmir ki, Seleznyovun və onunla əlbir olan kibercinayətkarların əməlləri nəticəsində dəyən ziyanın ümumi məbləği 1 milyard dolları keçə bilər.

Xəbər verildiyi kimi Roman Seleznyov 2014-cü ilin iyulunda Maldiv adalarında ABŞ Federal Təhqiqatlar Bürosunun xəfiyyələri tərəfindən yaxalanıb və birbaşa Amerikanın Quam adasına aparılıb. Orandan isə məhkəmə Seleznyovun ABŞ-a etam olunması barədə qərar çıxarıb. O zaman Rusiyanın Dövlət Dumasının deputatının oğlunun həbsi böyük rezonansa səbəb olmuşdu. Rusiyada buna siyasi don geyindirməyə çalışırdılar və bildirirdilər ki, ABŞ xəfiyyələrinin üçüncü ölkənin ərazisinə daxil olub Rusiya vətəndaşını həbs etməsi “adam oğurluğudur”.

Məlum olmuşdu ki, Seleznyovun izinə düşən ABŞ xəfiyyələri onu uzun müddət izləyiblər və növbəti dəfə oğurluq pullar hesabına Maldiv kurortlarında dincəlməyə gedəndə onu yaxalamağa qərar veriblər. Maldiv hökumətinin bu əməliyyatda iştirakının olub-olmadığı isə açıq qalmışdı.

Roman Seleznyov yaxalanandan sonra ona qarşı irəli sürülən ittihamları rədd etsə də FTB-nin əlində tutarlı dəlillər var idi və indi həmin dəlillər qarşısında deputat oğlu bütün günahlarını məhkəmədə etiraf edib. BBC rus xidməti Roman Seleznyovun hakimə ünvanladığı və yalvarışlarla dolu məktubunun surətini yayıb. Məktubdan məlum olur ki, rusiyalı haker və kiberfırıldaqçı ona qarşı irəli sürülmüş bütün ittihamları qəbul edib. Dərin peşimançılığını bildirib və nədən bu cür cinayət yoluna qədəm qoyduğunu özünün çətin uşaqlıq dövrü ilə əsaslandırmağa çalışıb.

“Mən həyatımda bir çox uğursuz seçimlər etmişəm və bu seçimlərə görə məsuliyyət daşıdığımı dərk edirəm. Mən mükəmməl insan deyiləm və çox pis əməllər törətmişəm. Buna görə ancaq özümü günahkar sayıram! Mən bu əməlləri törətmişəm və indi onlara görə kişi kimi cavab verirəm. Məhkəmə zamanı mən zərərçəkənlərin danışdıqlarını diqqətlə dinlədim. Mən özüm onların halına ağlamaq istəyirəm. Onların bəziləri mənə görə hətta bizneslərini itiriblər. Buna görə özümü dəhşətli dərəcədə pis hiss edirəm, axı mənə görə nə qədər insan ziyan çəkib”-deputatın oğlu yazır.

Roman Seleznyov özünü “çarəsiz insanın yanında böyüyən çarəsiz uşaq” adlandırır. Bildirir ki, onun 7 yaşı olanda kassir işləyən anası qardaşından mənzil satın almışdı. Ancaq mənzilin pulunu tam ödəyə bilməmişdi, buna görə səhərdən axşama qədər çalışırdı. “Anam mağazada kassir kimi işləyəndə mən evdə tək qalırdım. Kompüter texnologiyalarını da təkbaşına öyrənmişəm. Gənc yaşlarımda əlimə elə imkan düşmdüşdü ki, hamı buna görə mənim həyatda çox şeyə nail ola biləcəyimi görürdü”-R.Seleznyov yazır.

Deputat oğlunun məktubundan: “Mən böyüdükcə anamın necə içki düşgününə çevrildiyini kədərlə müşahidə edirdim. O, tez-tez alkaqol qəbul edirdi, bəzən dayanmadan bir həftə içirdi. Anam alkaqolik idi. O, məni çox sevirdi və əlindən gələni etməyə çalışırdı ki, məni böyütsün.  Mənim ondan başqa heç kimin yox idi, onun aqibətinə görə çox qorxurdum. Faciə mənim 17 yaşım olanda baş verdi. Anam öldü və dünyadan köçdü. Məktəbdən evə gələndə anamı hamam vannasında boğulmuş vəziyyətdə ölüm ayağında tapdım. O, alkaqol zəhərlənməsindən ölürdü. Mən panikaya düşdüm, uzun müddət ağladım, anamı itirmək çox ağrılı idi”.

Qeyd edək ki, Valeri Seleznyov Jirinovskinin patiyası LDPR-dən deputatdır və hələlik ABŞ məhkəməsinin çıxardığı qərara münasibət bildirməyib.

Lakin məhkəmədə prokuror Roman Seleznyovun ABŞ-da həbsdə olarkən atası Valeri Seleznyov və rəfiqəsi Anna Otisko ilə telefon danışıqlarını açıqlayıb. Həmin telefon danışıqlarında Dövlət Dumasının deputatı oğluna ürək-dirək verir və deyirmiş ki, ümidi Donald Trampın prezident seçilməsinədir. Gözləyir ki, Trampın prezident seçilməsindən sonra onun Rusiyaya verilməsi mümkün olacaq. Lakin deputatın Trampa ümidləri özünü doğrultmayıb…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə