Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan sərhəddində gömrük biabırçılığı – FOTO
Azərbaycan sərhəddində gömrük biabırçılığı – FOTO
22 Aprel 2017 / 15:53 / Baxış sayı: 1486
Font1 Font2 Font3 Font4
Azərbaycan-Gürcüstan sərhəddindəki “Sınıq Körpü” körpü gömrük-keçid məntəqəsində böyük növbə yaranıb. Bu barədə “Qaynar”a hazırda gömrük-keçid məntəqəsində olan şahidlər məlumat verib.

Onların sözlərinə görə, 4 saata yaxındır ki, Azərbaycan gömrükçüləri sərhəddi keçmək istəyənləri ölkəyə buraxmır. Buna səbəb kimi isə gah komputer sistemində problem yyarandığı, gah da işıqların söndüyü bildirilir.

Hazırda məntəqədə böyük avtomobil və insan sıxlığı yaranıb. Növbənin ucu-bucağı görünmür.

Saatlardır ac-susuz növbədə qalan çox sayda insan ciddi çətinliklərlə üzləşib. Onların arasında xəstələr də var. Şahidlərin sözlərinə görə, vəziyyət o yerə çatıb ki, gürcü sərhədçiləri Azərbaycan gömrükçülərinə gülür.

Problemin nə zaman aradan qaldırılacağı ilə bağlı isə konkret heç nə deyilmir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə