Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səsvermə keçirilən günlər qeyri-iş günü olacaq
Səsvermə keçirilən günlər qeyri-iş günü olacaq
30 Aprel 2013 / 13:58 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənədə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.Səsvermə Əmək Məcəlləsinə görə iş günü hesab edilməyən bayram gününə düşərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Dəyişiklik vətəndaşların istirahət hüququnun tənzimlənməsinə xidmət edir.

Seçki Məcəlləsinə əlavə edilən yeni 211.5 maddəsində deyilir ki, “Məcəllənin 211.4 maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır”. Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb. Dəyişiklikdə göstərilir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.

Layihə səsə qoyularaq qəbul olunub.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə