Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tovuzda müəmma: sığorta şirkətinin filial müdirini kim öldürdü, müavini necə yaralandı?
Tovuzda müəmma: sığorta şirkətinin filial müdirini kim öldürdü, müavini necə yaralandı?
23 Aprel 2017 / 13:50 / Baxış sayı: 1068
Font1 Font2 Font3 Font4

Ötən gün Tovuzda müəmmalı qətl hadisəsi baş verib.

“Azərsığorta” dövlət sığorta şirkətinin Tovuz filialının direktoru, 62 yaşlı Raya Bayramova iş otağında başından küt alətlə vurularaq öldürülüb. Qətlin kim tərəfindən törədildiyi və motivi barədə heç bir məlumat verilmir.

Lakin olduqca müəmmalıdır ki, Raya Bayramovanın müavini, 1965-ci ildə anadan olmuş Vəliyev Vidadi Bəhmən oğlu da elə həmin vaxt kəllə-beyin travması xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

V.Vəliyev şirkətin ofisinin yerləşdiyi binanın “damından yıxılaraq xəsarət aldığını” deyib. Ən azından məlumat agentliklərə bu cür ötürülüb.

Bəs bu nə təsadüfdür ki, “Azərsığorta”nın filial direktoru başından küt alətlə vurularaq öldürüldüyü bir vaxtda onun müavini həmin binanın damından yıxılaraq yenə də başından xəsarət alıb? Bu iki hadisənin arasında hansı bağlılıq var?

Ölkə.Az xəbər verir ki, virtualaz.org Tovuz rayonundakı mənbələrdən bu qətl və xəsarət alma hadisəsi ilə bağlı əlavə təfərrüatlar öyrənməyə çalışıb. İstirahət günü olduğundan hüquq-mühafizə orqanlarının rayon şöbələri ilə əlaqə saxlamaq mümkün olmayıb. Rayon sakinlərindən, o cümlədən Raya Bayramovanı tanıyanlardan da əlavə nəsə öyrənmək səylərimiz alınmayıb.

Söhbətləşdiyimiz mənbələr ancaq onu deyiblər ki, Raya Bayramovanın qətlinin kim tərəfindən və hansı motivlə törədilməsi hələ bilinmir, məsələ müəmmalıdır. O cümlədən müavinin necə və hansı şəraitdə başından xəsarət aldığını müəyyən etmək hələ mümkün olmayıb. V.Vəliyev hazırda həkim nəzarətində olduğundan hüquq-mühafizə orqanları onu dindirə bilməyib. Gözlənilir ki, bütün suallara direktor müavininin ilkin dindirməsindən sonra aydınlıq gətirmək mümkün olacaq.

Hadisə ilə bağlı DİN və Baş prokurorluğun da rəsmi açıqlamasının olacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə