Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fransa prezidenti seçkilərində seçicilərin iştirakı 28,54 faiz təşkil edir
Fransa prezidenti seçkilərində seçicilərin iştirakı 28,54 faiz təşkil edir
23 Aprel 2017 / 17:13 / Baxış sayı: 268
Font1 Font2 Font3 Font4

Fransada keçirilən prezident seçkilərinin birinci turunda Bakı vaxtı ilə saat 14:00-a olan vəziyyətə görə, seçicilərin iştirakı 28,54 faiz təşkil edib.

“Report”un Fransa bürosu xəbər verir ki, bu, 2012- ci ilin analoji göstəricilərini (28,29%) üstələyir.

1981-ci ildən bu yana seçkilərdə iştirak edən seçicilərin saat 14:00-a qədər ən yüksək fəallığı 2007-ci ildə qeydə alınıb (31,2%).

Fransada Bakı vaxtı ilə səhər saat 10:00-da açılan 66 min 546 seçki məntəqəsi axşam 19:00-dək, böyük şəhərlərdə isə 22:00 qədər fəaliyyət göstərəcək.

Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 50 min polis və 7 min hərbçi səfərbər edilib. Ümumilkdə 47 milyon fransalıya seçkilərdə iştirak etmək üçün çağırış göndərilib.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə