Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan – İran sərhədində insident
Azərbaycan – İran sərhədində insident
24 Aprel 2017 / 10:54 / Baxış sayı: 712
Font1 Font2 Font3 Font4

Dövlət Sərhəd Xidmətinin əməkdaşları külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alıblar.

arxiv.bizimxeber.az DSX-nın saytına istinadən xəbər verir ki, aprelin 20-də saat 22:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar rayonunun ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitələri keçirərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Yevlax rayon sakinləri Niyazquliyev Müşfiq İbrahim oğlu və Cəfərov Ramin İslam oğlu səhədçilərin çevikliyi nəticəsində saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı külli miqdarda narkotik maddə olan 1 kq 250 qram heroin və 950 qram marixuana aşkar olunaraq götürülüb.

Təqib zamanı sərhədçilərə qarşı müqavimət göstərən Cəfərov  Ramin İslam oğlu özünə bıçaqla ağır bədən xəsarəti yetirib. Yaralı ilkin tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə çatdırılıb. Hazırda saxlanılan şəxsin sağlamlığına heç bir təhlükə yoxdur.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə