Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hərbə ən çox pul xərcləyən ölkələrin ADLARI
Hərbə ən çox pul xərcləyən ölkələrin ADLARI
24 Aprel 2017 / 13:01 / Baxış sayı: 278
Font1 Font2 Font3 Font4

Dünyada hərbi xərclərinə görə lider olan dövlətlərin adları açıqlanıb. 

arxiv.bizimxeber.az-ın “İstiPress”ə istinadən verdiyi xəbərə görə, ötən ilin nəticələrinə görə, siyahının ilk pilləsində ABŞ qərarlaşıb. Onu Çin və Rusiya izləyir. Rusiya siyahıda Səudiyyə Ərəbistanının yerini tutub.

Reytinq siyahısını Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hazırlayıb.

Ümumiyyətlə 2016-cı ildə dünyada hərbi xərclər 2015-ci illə müqayisədə 0,4 faiz artıb və 1,69 trilyon dollara çatıb.

ABŞ ötən il hərbi xərcləri 1,7 faiz artaraq 611 milyarda, Çin isə 5,4 faiz çoxaldaraq 215 mlrd. dollara çatdırıb. Azərbaycanın şimal qonşusu isə maliyyə və iqtisadi böhrana baxmayaraq ötən il hərbi xərclər üçün 69,2 milyard dollar xərcləyib. Bu iki il öncə ilə müqayisədə 5,9% artım deməkdir.

İlk beşlikdə Səudiyyə Ərəbistanı və Hindistanın (8,5 faiz artım – 55,9 milyard) adları da var. Əsas gəliri son iki ildə sürətlə uculaşan neftdən olan Ərəbistan bir il ərzində xərclərini nə az, nə çox düz 30 faiz (63,7 milyard) azaltmalı olub.

Qərbi Avopa da hərbi xərclərini dayanmadan artırır. Artım iki ildir ki, davam edir. Ümumi artım 2,6 faizdir. Bu yarışın lideri isə İtaliyadır (11 faiz).

Neft ixrac edən ölkələrdə 2016-cı ildə hərbi xərcləri kəskin azalıb. Bu siyahıda Azərbaycanın da adı var. Belə ki, 2016-cı ildə Venesuela 56, Cənubi Sudan 54, Azərbaycan 36, İraq isə 36% xərcləri azaldıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə