Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Parisdə iğtişaşlar: 9 nəfər xəsarət aldı
Parisdə iğtişaşlar: 9 nəfər xəsarət aldı
24 Aprel 2017 / 12:44 / Baxış sayı: 170
Font1 Font2 Font3 Font4

Fransada keçirilmiş prezident seçkilərinin ilk turundan sonra Parisdə baş verən qarşıdurmada azı 29 nəfər saxlanılıb, 9 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, etirazlar zamanı altı polis məmuru və üç nümayişçi yüngül xəsarət alıb.

Qeyd edək ki, prezident seçkilərinin ilk turu günü Parisdə etirazlar gecə saatlarına qədər davam edib, avtomobillər yandırılıb. Bastilya meydanında hüquq-mühafizə orqanları əməkdaşları nümayişçilərlə toqquşmada bibər qazı, səs və tüstü bombalarından, dəyənəkdən istifadə ediblər.

Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turunda sabiq iqtisadiyyat naziri Emmanuel Makron və “Milli cəbhə” partiyasının lideri Marin Le Pen qələbə qazanıb.

Prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə