Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətində problem var”
“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətində problem var”
24 Aprel 2017 / 12:56 / Baxış sayı: 308
Font1 Font2 Font3 Font4

“Azərbaycanın Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində işlər görülür”.

“Report”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, bu məsələ gündəlik olaraq Dövlət komissiyasının diqqət mərkəzindədir: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Komissiyanın sədrinin göstərişi ilə biz fəaliyyətimizi davam etdirirk. Bizdə olan məlumata görə, girovluqda olan şəxslərin səhhətlərində müəyyən problemlər yaranıb. Bu məsələ Dövlət Komissiyası tərəfindən bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla ətraflı müzakirə olundu. Həmin beynəlxalq təşkilatlar da onların səhhəti ilə bağlı məsələnin monitorinq ediləcəyini, hətta beynəlxalq həkimləri ora dəvət edərək onların səhhətlərinin yoxlanılacağını bildirdilər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə