Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Generalın işi məhkəməyə göndərildi – “MTN işi”ndə üçüncü pərdə – YENİLƏNİB
Generalın işi məhkəməyə göndərildi – “MTN işi”ndə üçüncü pərdə – YENİLƏNİB
24 Aprel 2017 / 16:24 / Baxış sayı: 454
Font1 Font2 Font3 Font4

Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin  rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işinin baxılacağı inzibati bina məlum olub.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində şərait olmadığından işə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

 

Xatırladaq ki, MTN işi üzrə general Akif Çovdarov və dəstəsinin, həmçinin, başqa icraatda olan generallar Sübahir Qurbanov, Teymur Quliyev və Natavan Mirvətovanın cinayət işi də Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

 

**

12:44

MTN-in sabiq Antiterror Mərkəzinin  rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə iş icraata verilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçiriləcək proses həmin məhkəmənin hakimi Elbəyi Allahverdiyevin icraatına verilib.

 

 

Məhkəmənin hazırlıq iclası aprelin 27-ə təyin edilib.

 

Xatırladaq ki,  Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi  olub.

 

MTN barəsində aparılan istintaq zamanı tutduğu vəzifədən azad edilən

general-mayor MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.

 

Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə