Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baba Rzayev Satış Departamentinin direktorunu işdən çıxardı – “Azərışıq”da dəyişiklik
Baba Rzayev Satış Departamentinin direktorunu işdən çıxardı – “Azərışıq”da dəyişiklik
24 Aprel 2017 / 17:33 / Baxış sayı: 1718
Font1 Font2 Font3 Font4
“Azərışıq” ASC-də kadr dəyişiklyi baş verib.
Bu barədə mia.az-a daxil olan məlumata görə, “Azərışıq” ASC-nin Enerji Satış Departamentinin direktoru Qara Nəbiyev işdən kənarlaşdırılıb.
Məlumatda qeyd olunur ki, ASC sədri Baba Rzayevlə departament direktoru arasında mübahisə düşüb. Nəticədə sədr direktoru işdən azad edib.
Məsələylə bağlı mia.az-a açıqlama verən”Azərışıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev bu barədə məlumatsız olduğunu bildirib:
“Bu gün kollegiya olub, amma Qara Nəbiyev iclasda iştirak etməyib. Mən bildiyimə görə, məzuniyyətə çıxıb. Onu deyə bilərm ki, onun işdən çıxarılması ilə bağlı əmr yoxdur”.
Qurumun adının çəkilməsini istəməyən əməkdaşının verdiyi məlumata görə isə Qara Nəbiyev ötən həftə işdən kənarlaşdırılıb və artıq neçə gündür ki, işə çıxmır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə