Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağcabədidə balıqlar kütləvi şəkildə tələf oldu: səbəb?
Ağcabədidə balıqlar kütləvi şəkildə tələf oldu: səbəb?
24 Aprel 2017 / 20:05 / Baxış sayı: 424
Font1 Font2 Font3 Font4

Aprelin 17-dən 18-nə keçən gecə Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Tələt Rüstəmova məxsus fərdi balıqçılıq təsərrüfatında balıqların kütləvi tələfatı baş verib. Bununla əlaqədar Ağcabədi Rayon Baytarlıq İdarəsi tərəfindən həmin təsərrüfatın ərazisinə baxış keçirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən virtualaz.org-a verilən məlumata görə, baxış zamanı süni göldə 3 növdən ibarət (çəki (sazan), belamor və talıstov) olan balıqların kütləvi tələf olması müəyyən edilib. Həmçinin təsərrüfat Dövlət Baytarlıq Nəzarəti Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınmayıb.

Bir hektardan çox ərazini əhatə edən süni göldə tələf olan balıqların ölüm səbəblərini müəyyən etmək üçün onlardan nümunələr götürülərək Bərdə zona Baytarlıq Laboratoriyasına və Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Tələf olan balıqlar süni göldən toplanaraq Ağcabədi Rayon Baytarlıq İdarəsi əməkdaşlarının nəzarəti altında zərərsizləşdirilib. Laboratoriyalarda aparılan müayinələr zamanı götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.

Ehtimal edilir ki, balıqların saxlandığı süni gölə təzə su verilmədiyindən və göldə su dövriyyəsi pozulduğundan balıqlar oksigen çatışmazlığı nəticəsində tələf olublar. Balıqların kütləvi tələfatı yalnız Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Tələt Rüstəmova məxsus fərdi təsərrüfatda qeydə alınıb. Rayonun digər təsərrüfatlarda balıqların kütləvi tələfatı qeydə alınmayıb və rayonda epizootik vəziyyət sabitdir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə