Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərsığorta” rəhbərinin-QATİLİ SAXLANILDI-TƏFƏRRÜAT-YENİLƏNİB
“Azərsığorta” rəhbərinin-QATİLİ SAXLANILDI-TƏFƏRRÜAT-YENİLƏNİB
24 Aprel 2017 / 22:10 / Baxış sayı: 802
Font1 Font2 Font3 Font4

Tovuz rayonunda baş vermiş qətlin üstü açılıb.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, “Azərsığorta” Dövlət Siğorta Kommersiya Şirkətinin Tovuz rayon filialının rəhbəri, 1956-cı il təvəllüdlü Raya Nəsrəddin qızı Bayramovanın qatili saxlanılıb.

Tovuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun 1964-cü il təvəllüdlü Vidadi Bəhman oğlu Vəliyev tərəfindən qətlə yetirildiyi məlum olub və barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

***20:20

“Azərsığorta” Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialı müdirinin qətli ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə mübahisə zəminində baş verib.

Filial müdiri Raya Bayramova idarədə mühasib işləyən Vəliyev Vidadi Bəhman oğlu ilə otaqda mübahisə edib. Bu zaman V.Vəliyev R.Bayramovanın başını öncə masaya vurub, daha sonra başına küt alətlə (Otaqda qırmızı kərpic qırıntıları aşkar edildiyindən, onun qadının başına kərpiclə zərbə endirdiyi ehtimal edilir) bir neçə zərbə endirib. Onun öldüyünü gördükdən sonra, filialın qapısını bayırdan bağlayaraq hadisə yerindən qaçıb.

Mübahisə zamanı V.Vəliyev də başından xəsarət aldığından o, ilk olaraq Gəncə şəhərindəki xəstəxanaların birinə gedib rentgenə düşüb, daha sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasına gedərək yıxılaraq xəsarət aldığını bildirib və xəstəxananın Travmatologiya şöbəsində tibbi yardım alıb. Gecəni xəstəxanada keçirən V.Vəliyev oradan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməyə aparılıb. Məlum olub ki, hadisə vaxtı filialda kimsə olmadığından, həmçinin binanın kənar bir yerdə yerləşməsindən cinayət zamanı yaranmış səs-küyü eşidən olmayıb. V.Vəliyev ilk ifadəsində yıxılaraq başından xəsarət aldığını bildirsə də, aparılan araşdırmalardan sonra həmin ifadəsinin də yalan olduğu məlum olub. Belə ki, onun mübahisə zamanı xəsarət aldığı güman edilir. İfadəsi alınan mərhumun övladları isə analarının 2 gündür evə gəlmədiyini, qadının həmin günlərdə Gürcüstanda olduğunu düşündüklərini bildiriblər. Lakin analarına məxsus xarici pasportun evdə tapılması onları bu düşüncələrindən yayındırıb və polisə məlumat veriblər. Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qapısı bağlı filialın ikinci açarı mühasibdə də olduğu məlum olub və açar ondan alınaraq otağa giriş olunub və qadının cəsəti filialda tapılaraq ekspertizaya göndərilib. Məlumata görə, ekspertiza zamanı şübhəli şəxs qismində saxlanılan V.Vəliyev xəstəxanada müalicə olunurmuş. Polisin hadisə ilə bağlı nə bildiyi sualına isə V.Vəliyev:

“Mən özüm də onun yoxa çıxdığını, ailəsinin onu axtardığını bilirdim. Filiala baxmaq istədim görüm ordadımı, lakin qapı bağlı idi, dama çıxıb ordan içəri keçmək istəyirdim ki, ayağım sürüşdü yıxılıb başımdan xəsarət aldım” – deyə cavab verib. Lakin istintaq zamanı onun ifadələrində yalan və hadisə yerində aparılan araşdırmalar zamanı kifayət qədər faktların olması cinayətin onun tərəfindən törədilməsi subut edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

O sonradan ifadəsində Raya Bayramova ilə arasında pul üstündə mübahisə etdiyini bildirib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə