Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ Azərbaycana maliyyə yardımını ləğv edəcək?
ABŞ Azərbaycana maliyyə yardımını ləğv edəcək?
25 Aprel 2017 / 10:31 / Baxış sayı: 242
Font1 Font2 Font3 Font4

Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək.

“Report” “Foreign Policy” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində deyilir.

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra tərtib edilən plan özündə inkişaf etməkdə olan ölkələrə yardımın üç dəfə azalmasını ehtiva edir.

Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv edilə bilər. Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq.

Sənəddə, həmçinin ölkə xaricində layihələrlə məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ABŞ Dövlət Departamenti ilə birləşdirilməsi planı yer alıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə