Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Roland Kobia MSK sədri ilə görüşüb
Roland Kobia MSK sədri ilə görüşüb
30 Aprel 2013 / 14:53 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sədr rəhbərlik etdiyi qurumun aparıcı beynəlxalq qurumlarla, həmçinin Avropa Birliyi ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib.

Səfir səmimi qəbula görə təşəkkürünü bildirib, qarşıdan gələn seçkilərlə bağlı görülən işlərlə maraqlanmış və təmsil etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə birgə layihələr həyata keçirmək istədiyini diqqətə çatdırıb.

MSK sədri beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirilməsindən məmnunluq ifadə edib və bu əməkldaşlığın aşağı seçki komissiyaları üzvlərinin hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə yardım etdiyini vurğulayıb.

Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə