Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik – YENİLƏNDİ
“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik – YENİLƏNDİ
25 Aprel 2017 / 12:29 / Baxış sayı: 332
Font1 Font2 Font3 Font4

Milli Məclis “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edib.

Publika.az xəbər verir ki, dəyişikliklər haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, qanuna təklif olunan dəyişikliklər Konstitusiyaya edilən dəyişikliklərlə bağlıdır:

“Konstitusiyaya edilən dəyişikliyə əsasın I vitse-president vəzifəsi təsis edilib. Hazırda hörmətli Mehriban xanım I vitse-prezident təyin edilib. Təbii ki, I vitse-prezidenti xidmətində olan dövlət qulluçularının statusu bu qanunla müəyyən ediləcək. Qanun layihəsi Milli Məclisə prezident tərəfindən tövsiyyə edilib. Yəni I vitse-prezidentin xidmətində olacaq inzibati vəzifələr, müşavirlər, köməkçi və digər strukturlarda çalışanların statusu “Dövlət qulluğu haqqında” qanunla müəyyən ediləcək”.

Deputatlar “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişiklikləri dəstəkləyib.

***

Milli Məclisin gündəliyinə daxil edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsilə bağlı qanun layihəsi müzakirədən çıxarılıb.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. Spiker bildirib ki, sözügedən layihə ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürən qurum onu geri çəkib.

Daha sonra spiker təklif edib ki, gündəlikdən çıxarılan layihənin yerinə Əziz Seyidovun Ali Məhkəməyə hakim təyin edilməsi məsələsi salınsın.

Deputatlar gündəliyi bu şəkildə təsdiq ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə