Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Maskalılar bizə elektroşok verdi” – Bu gecəki söküntüdən görüntülər – FOTO – VİDEO
“Maskalılar bizə elektroşok verdi” – Bu gecəki söküntüdən görüntülər – FOTO – VİDEO
25 Aprel 2017 / 13:12 / Baxış sayı: 2432
Font1 Font2 Font3 Font4

Dünən axşam saatlarında Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən yaşayış evinin sökülməsi həmin evdə yaşayan ailə üzvlərinin etirazından və məsələnin ictimailəşməsindən sonra dayandırılıb.

“Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar. Hazırda Gülmirzə Həsənova məxsus həmin evə bitişik hündürmərtəbəli binada tikinti işləri davam etdirilir. Dünən axşam yaşayış yerini sökən texnika da evin içində saxlanılıb.

G.Həsənovun 9 oğlu olub, 1 oğlu 90-cı illərdə Qarabağ müharibəsində şəhid olub. Digər oğlu Bəymirzə Həsənov isə müharibədə yaralanaraq əlil olub.

G.Həsənovun oğlu Namiq Həsənov “Qafqazinfo”ya bildirib ki, axşam saatlarında onlar evdə olduğu vaxt 50-yə yaxın şəxs evi mühasirəyə alıb: ““Riyad” mühafizə xidmətinin adamlarını gətirmişdilər, maskalılar idi. Evə hücum edib hərəmizi 4-5 nəfər tutub zorla çölə çıxartdı. Bütün əşyalarımız evdə qaldı, soyuducu, televizor məhv oldu”.

B.Həsənov isə mühafizəçilərin onlara hətta elektroşok verdiyini iddia edib: “Mənim özümə 10-11 dəfə “tok” verdilər”.

G.Həsənovun həyat yoldaşı Şövkət Həsənova isə evin arxa hissəsinə çörək bişirib satırmış. B.Həsənov deyib ki, un kisələri hələ də söküntülərin altındadır.

N.Həsənovun sözlərinə görə, onların evləri həyətlə birgə 300 kvadratmetrdir:

“Şirkətin yiyəsi Rəfaeldir, deyirdi hacıyam. Gəldi, oturub danışdıq, dedilər pulun hamısını bir dəfəyə verə bilmirik. Biz də hissə-hissə satmağa razılaşdıq. Əvvəlcə mən 100 kvadratmetrə qol çəkdim, sonra da o biri qardaşım 100 kvadratmetr satdı. Qalan 100 kvadratmetrə görə isə pul ödəmədilər”.

G.Həsənovun digər oğlu Tofiq Həsənov isə satılan 200 kv. sahə üçün 520 min manat pul aldıqlarını bildirib. O deyib ki, şirkət qalan 100 kvadratmetrin yaşayış sahəsi olmadığını, həyət olduğunu əsas gətirərək kompensasiya ödəməkdən imtina edib.

Hazırda G.Həsənov və həyat yoldaşı Ş.Həsənova Yasamal rayon prokurorluğunda ifadə verdikləri üçün onlarla danışmaq mümkün olmadı. Tikintini həyata keçirən “Olympus Park” şirkətinin isə saytında göstərilən mobil nömrəyə etdiyimiz bir neçə zəngə cavab verən olmadı, şəhər nömrəsi ilsə deaktiv edilib. Qısa nömrələri olan *7755-ə isə zəng etmək mümkün olmur. Buna görə də şirkətin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə