Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişiklik edilib
“Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişiklik edilib
25 Aprel 2017 / 13:20 / Baxış sayı: 284
Font1 Font2 Font3 Font4

“Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiq olunub.

“Report”un verdiyi xəbərə görə, dəyişikliklə kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi maddəsinə dəyişiklik edilib və 49.1-ci maddə ləğv edilib.

Qeyd edək ki, hazırda qanunun 49.1.1 maddəsində deyilir ki, Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.

49.1.2 maddədə isə qeyd olunub ki, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə