Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Timoşenko ilə bağlı qərar verildi
Timoşenko ilə bağlı qərar verildi
30 Aprel 2013 / 15:56 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən Ukrayna məhkəməsi keçmiş Baş nazir Yuliya Timoşenkonu qeyri-qanuni olaraq həbs edib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, qərarda deyilir ki, məhkəmə Avropa insan haqları konvensiyasının 5-ci maddəsinin 1-ci, 4-cü və 5-ci bəndlərinin və 18-ci maddənin pozulduğunu yekdil şəkildə qəbul edib. Timoşenkonun həbsdə olarkən onunla pis rəftar olunması barədə məhkəmə işi isə əksəriyyətlə rədd edilib.
“Məhkəmə hesab edib ki, həbs başdan əsassız və qeyri-qanuni olub”, Strasburq məhkəməsi deyib. Ukrayna məhkəməsi Yuliya Timoşenkonu 11 oktyabr 2011-ci ildə, Rusiya ilə imzaladığı qaz sazişində səlahiyyətlərindən sui-istifadə etməkdə günahkar hesab edərək, haqqında yeddi il həbs cəzası hökmü çıxarmışdı.

Qərar verilən kimi Ukrayna hökümətinin rəsmisi məhkəmə otağını tərk edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə