Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Şəhərdə yayılan xəstəlik qrip deyil” – Professor
“Şəhərdə yayılan xəstəlik qrip deyil” – Professor
25 Aprel 2017 / 15:54 / Baxış sayı: 270
Font1 Font2 Font3 Font4

“Fəsil dəyişmələri zamanı insanlar bəzən iqlim dəyişməsinə uyğun geyim növü seçməkdə çətinlik çəkirlər. Bu səbəbdən də belə havalarda bir çox soyuqdəymə xəstəlikləri daha çox fəallaşır”.

Bu sözləri BakiPost.az-a həkim, professor, tibb üzrə ekspert Adil Qeybulla son günlər ölkədə hökm sürən hava dəyişkənliyi ilə bağlı yaranan xəstəliklərə münasibət bildirərkən deyib.

 

 

Professorun sözlərinə görə, bir neçə gündür müşahidə olunan külək temperaturu bir az da aşağı salıb və xəstəliklər aktivləşib: “Bəzən insanlar iqlim dəyişkənliyinə uyğun geyinmirlər. Məsələn, bu gün çox isti olur, səhəri gün isə temperatur düşür. Külək temperaturu bir az da aşağı salır və soyuq hava küləyin vasitəsi ilə nəfəs yollarına daxil olur.

 

Bakı həm də tozlu şəhərdir. Küləkli havada toz da nəfəs yollarına daxil olur və yuxarı tənəffüs yollarının qripə bənzər əlamətləri ilə gedən xeyli xəstəliklər yaranır. Bu, bir çox viruslar tərəfindən törədilir. Həmin xəstələnmiş şəxslər qrip əlamətləri ilə digərlərini yoluxdurur. El arasında buna qrip deyirlər. Amma bu qrip deyil. Bu əksinə yuxarı tənəffüs yollarında fəallaşmış infeksiyalardır ki, bunlar qripə bənzər əlamətlərlə müşahidə olunur”.

A.Qeybulla bildirib ki, küləkli havada ağ ciyər xəstəliklərinin kəskinləşməsi baş verir: “Bronxial asmanın və digər xəstəliklərin olması mümkündür. Ona görə də insanlar bu dövrdə yaxşı olar ki, geyim növünə diqqət etsinlər. Həddindən artıq küləkli havada toz udmamaq üçün maskalarda gəzmək məsləhətdir. Bizim insanlar isə bundan kompleks keçirir. Amma maskada gəzmək həm də təhlükəsizlik deməkdir. İlk növbədə bunu düşünmək lazımdır.

 

Ümumiyyətlə, belə havalarda allergik xəstəliklər də kəskinləşə bilər. Adətən obstruktiv bronxitlər, astmatoit komponentli bronxitlər olur. Bunlar allergik, infeksion və soyuqdəymə mənşəli də ola bilir. Belə havalarda bu cür xəstəliklərin intensivliyi arta bilir”.

 

Adil Qeybulla hesab edir ki, birinci növbədə meteohəssas insanlar, yaşlı adamlar, uzun müddətli xəstəliklərdən əziyyət çəkən insanlar daha diqqətli olmalıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə