Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müsəlmanları təhqir etdi, işdən qovuldu
Müsəlmanları təhqir etdi, işdən qovuldu
30 Aprel 2013 / 16:25 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Belçikanın yerli RTL-TVİ telekanalının rəhbərliyi tanınmış teleaparıcısını işdən qovub. arxiv.bizimxeber.az xəbər verir ki, Lyuka Tryullemansa adlı hava xəbərlərini təqdim edən aparıcının işdən qovulmasına səbəb isə onun müsəlmanlara qarşı nalayiq sözlər işlətməsi olub. 20 ildir ki telekanalda işləyən Lyuk rasist və islamafobiya çağırışlarına görə belə cəzalandırılmasına hələ ki reaksiya verməyib.

Qeyd edək ki, sözügedən teleaparıcı özünün Facebook sosial şəbəkəsindəki profilində paylaşım edərək müsəlmanların belçikaya inteqrasiya etməsi ilə bağlı yaranmış problemlər haqda kəskin danışıb. O bildirib ki ya onları Belçiqa qayda-qanunlarına tabe etmək lazımdır, ya da özlərinin tarixi ölkələrinə göndərmək lazımdır. Qoy onlar orada öz qanunları ilə yaşasınlar. Onun bu polemikasından sonra qalmaqal yaranıb və telekanal rəhbərliyi belə qərar verməyə məcbur olub. Teleaparıcı artıq öz fikirlərinə görə üzr də istəyib.

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə