Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avropa rouminqi ləğv edir
Avropa rouminqi ləğv edir
25 Aprel 2017 / 18:06 / Baxış sayı: 306
Font1 Font2 Font3 Font4

Bu ilin iyunun 15-dən qüvvəyə minəcək

Avropa Parlamentinin deputatları aprelin əvvəlində Avropa İttifaqı (Aİ) ölkələri arasında rouminq xidmətinin ləğvinə səs veriblər. Bu ilin iyunun 15-dən qüvvəyə minəcək saziş Aİ-yə daxil olan bütün ölkələr tərəfindən təsdiqlənməlidir.

İstiPress Rambler-ə istinadən xəbər verir ki, qərar beynəlxalq telefon bağlantısı üçün tariflərin məhdudlaşdırılmasını nəzərdə tutur. Belə ki, iyundan etibarən hər giqabayt üçün 7,7 avro təşkil edəcək tarifin məbləği hər il azaldılacaq və 2022-ci ilədək 1 giqabayt üçün 2,5 avro təşkil edəcək. Zənglər üçün tariflər 3,2 avrosent, SMS bildirişi üçün 1 avrosent müəyyənləşdirilib. Son ikinci rəqəm sonuncu rəqəmdir və azaldılmayacaq.

Məlumata görə, iyunun 15-dən etibarən Avropa İttifaqında səyahət edən təşkilata üzv ölkələrin sakinləri mobil internet və telefon danışıqlarından ucuz istifadə imkanı əldə edəcəklər.

Rouminqin ləğv ediləcəyi ölkələr sırasına Aİ-dən çıxmağa hazırlaşan Böyük Britaniya da daxildir. Bununla belə, Birləşmiş Krallığın 2019-cu ilin martınadək Aİ tərkibində qalacağı gözlənilir. Rouminqin Aİ-yə üzv olmayan İsveçrə və Norveçdə ləğvi gözlənilmir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə