Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Telman İsmayılovun oğlu 50 min dollar ödədi, atasının gününə düşməkdən xilas oldu
Telman İsmayılovun oğlu 50 min dollar ödədi, atasının gününə düşməkdən xilas oldu
25 Aprel 2017 / 17:55 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4

Moskvanın Arbitraj məhkəməsi azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan edilməsinə dair qaldırılmış iddia üzrə işə xitam verib.

Virtualaz.org xəbər verir ki, buna səbəb Ələkbər İsmayılovun onun müflis elan edilməsini tələb edən “BMV Bank”a olan borcunu ödəməsidir.

Bank T.İsmayılovun oğlu barədə iddianı məhkəməyə yanvarın 9-da təqdim edib. Ötən gün keçirilən məhkəmə iclasında bankın nümayəndəsi bildirib ki, cavabdeh tərəf borcunu ödəyib. “Biz iddiamızdan imtina edirik, çünki aprelin 20-də cavabdeh tərəf banka olan borcunun son hissəsini ödəyib, bununla da öhdəliyini tam yerinə yetirib”-bankın nümayəndəsi bildirib.

Bildirilir ki, bank T.İsmayılovun oğlunu məhkəməyə verəndə onun borcu 50 min dollar təşkil edirdi. Ələkbər İsmayılov borcu üç hissəyə ödəyib və müflis elan olunmaqdan yaxa qurtara bilib. O, “AST” qrupuna daxil olan şirkətlərin səhmdarı və idarəçisidir. “BMV Bank” Almaniyanın BMW avtokonserninin törəmə bankıdır. Xatırladaq ki, məhkəmə T.İsmayılovu müflis elan edib və əmlakının hərraca çıxarılması haqda qərar verib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə