Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azəriqaz” Bakını qazsız qoydu – Əhali əlacsız qalıb
“Azəriqaz” Bakını qazsız qoydu – Əhali əlacsız qalıb
25 Aprel 2017 / 18:30 / Baxış sayı: 578
Font1 Font2 Font3 Font4

Artıq bir neçə gündür ki, Bakıda təbii qaz verilişində məhdudiyyətlər yaranıb. “arxiv.bizimxeber.az” azxeber.com-a istinadən xəbər verir ki, Bakının Binəqədi, Nəsimi, Suraxanı, Yasamal, Xətai və Sabunçu rayonunda təbii qazın verilməsində problem yaranıb.

Sakinlərin sözlərinə görə, bir neçə gündür ki, qaz səhər saatlarından etibarən kəsilir, axşam 18:00-dan sonra verilir. Sakinlərin daha bir şikayəti isə “Azəriqaz İB-in qaynar xətti kimi fəaliyyət göstərən 185 və 104 nömrələri ilə bağlı olub. Əhali problemlə bağlı bu nömrələrə zəng etsə də, kobud cavabla üzləşiblər: “Buna görə bizə zəng etməyin, qazın nə vaxt gələcəyini bilmirik”.

Məsələylə bağlı “Azəriqaz” İB-lə əlaqə saxlasaq da, mətbuat xidməti də telefonlara cavab vermədi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə