Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sınıq Körpü”də kütləvi dava düşüb, gömrük işçisi döyülüb – ƏLAVƏ OLUNUB
“Sınıq Körpü”də kütləvi dava düşüb, gömrük işçisi döyülüb – ƏLAVƏ OLUNUB
25 Aprel 2017 / 23:02 / Baxış sayı: 1640
Font1 Font2 Font3 Font4

Qazax rayonunda Dövlət Gömrük Komitəsinin (DGK) işçisi döyülüb. 

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında “Sınıq Körpü” gömrük-keçid məntəqəsində müfəttiş işləyən Qazax rayon İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Həmid oğlu Musayev ilə Gürcüstan vətəndaşları arasında mübahisə yaranıb və sonradan əlbəyaxa davaya çevrilib.

Bu zaman hadisə yerinə gələn gömrük işçisinin qardaşı, 1982-ci il təvəllüdlü Tural Musayev də döyülüb. Hər iki qardaş müxtəlif bədən xəsarətləri alaraq Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib və qardaşlar travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Rəşad və Tural Musayevlərin vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu gün “Sınıq Körpü” gömrük postunda hər hansı bir insident baş verməyib və ümumiyyətlə həmin postda Tural Musayev adlı gömrük əməkdaşı işləmir.

Komitədən əlavə ediblər ki, gömrük postu gündəlik iş şəraitində fəaliyyətini davam etdirir.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə