Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cavid Qurbanovun qadın kassirləri işsiz qaldı – Vağzalda yenilik
Cavid Qurbanovun qadın kassirləri işsiz qaldı – Vağzalda yenilik
26 Aprel 2017 / 10:42 / Baxış sayı: 428
Font1 Font2 Font3 Font4

Bakı Dəmir Yolu Vağzalının kassalarında çalışan xəzinədarlar işdən uzaqlaşdırılıb.

BakiPost.az-ın əldə etdiyi məlumata görə, artıq kassalarda ASAN xidmətin əməkdaşları fəaliyyət göstərir. Bu da əksəriyyəti xanımlardan ibarət olan köhnə kassirlərin işsiz qalması ilə nəticələnib. Bundan qabaq isə ölkədaxili reyslərdə çalışan xanım bələdçilər işdən azad edilərək yalnız Rusiya və Ukrayna istiqamətində gedən qatarlarda işləməyə cəlb olunmuşdu. Məlumata görə, indi qatara bilet almaq istəyən sərnişinlər kassada olan ASAN xidmət əməkdaşlarına yaxınlaşaraq ödəniş edirlər. Bu yenilik sərnişinlərin də ürəyincədir. Belə ki, əvvəllər dəmiryol vağzalının kassalarında bilet tapa bilməyən sərnişinlər “qara bazar”a üz tutmalı olurdu. İndi isə ASAN xidmət vasitəsilə rahat şəkildə bilet əldə edə bilirlər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova faktı BakiPost.az-a təsdiqləyib. Bildirib ki, həqiqətən də Bakı Dəmir Yolu Vağzalının kassalarında sərnişin qatarlarına bilet satışı bu ilin mart ayının əvvəlindən ASAN xidmət vasitəsilə həyata keçirilir. Sevinc Qədirova onu da qeyd edib ki, əvvəllər çalışan bilet kassirləri işlə təmin olunacaqlar: “Onlara müvafiq işlər təklif olunacaq”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə