Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Merkel:” Aİ Türkiyə məsələsində tək səs olmalıdı”
Merkel:” Aİ Türkiyə məsələsində tək səs olmalıdı”
26 Aprel 2017 / 11:12 / Baxış sayı: 320
Font1 Font2 Font3 Font4

Avropa İttifaqı (Aİ) Türkiyədə keçirilən referendumun nəticələrinə reaksiya verməli idi.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel başçılıq etdiyi Xristian-Demokratlar Partiyasının (CDU) Federal Məclisində keçirilən konfransında deyib.

Merkel bildirib ki, Aİ Türkiyə məsələsində məntiqli nəticəyə gəlməsi üçün müəyyən zaman keçməlidir.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Türkiyədə keçirilən referendumla bağlı bəyanatında aprelin 16-nı “Türkiyədəki bütün demokratlar üçün kədərli bir gün” adlandırıb.

“Əgər paket dəyişdirilmədən tətbiq olunsa, bu vəziyyət Avropa İttifaqı ilə müzakirələrin təxirə salınmasına gətirib çıxaracaq”, – o bildirib.

Lakin Aİ referendumun nəticələri ilə bağlı vahid mövqeyini açıqlamayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə