Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var – YENİLƏNİB
“BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var – YENİLƏNİB
26 Aprel 2017 / 13:24 / Baxış sayı: 468
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyi Bakı şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

arxiv.bizimxeber.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 25-də saat 8 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub.

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

*****

11:07

Bakıda avtomobil 4 piyadanı vurub. Lent.az xəbər verir ki, hadisə dünən saat 8:05-də Nizami rayonu Qara Qarayev prospekti 1 ünvanının qarşısında baş verib. “BMW” markalı, 10 BK 434 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Cəfərova Tamaşa Abbas qızı, 1993-cü il təvəllüdlü Ağazadə Dəyanət Adil oğlu, 1994-cü il təvəllüdlü Ağazadə İlham Xəlil oğlu və 1968-ci il təvəllüdlü Rzayev Rafiq Mədət oğlunu vurub. 63 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Digər şəxslər isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə