Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Jurnalistlər üçün – Müsabiqə
Jurnalistlər üçün – Müsabiqə
30 Aprel 2013 / 16:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin birgə təşkil etdiyi “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda jurnalistlər üçün müsabiqə elan olunub.

MŞ-dan verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanın müasir vergi sistemi ilə bağlı yenilikərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzuları:
1. Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti;
2. Nağdsız ödəniş sisteminin inkişaf istiqamətləri;
3. Əmək müqaviləsi: gələcəyə təminat.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Müsabiqəyə hər üç istiqamət üzrə təqdim edilmiş yazıların mükafatlandırması nəzərdə tutulur.
I yer (3) – 800 manat
II yer (3) – 500 manat
III yer (3) – 300 manat

Bundan əlavə, 10 ən yaxşı yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcəkdir. Qaliblər Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi diplomları ilə təltif olunacaqlar.

Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
2. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
3. Yazıda “Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazıların qəbulu şərtləri
1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) 2 nüsxə
2. Yazının elektron variantı (Times New Roman (14) şriftində – CD diskdə) 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə
4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)

Tələb olunan sənədlər
1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)
2. Şəxsiyyət vəsiqəsinin surəti
Yazıların qəbulu 01 may 2013-cü il tarixdə başlayır, 24 may 2013-ci il tarixdə bitir. Müsabiqənin nəticələri 10 iyun 2013-cü ilədək açıqlanacaqdır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Mətbuat Şurasına şəxsən təqdim olunmalıdır (Bakı şəhəri, Teymur Əliyev küçəsi 38)

Qiymətləndirmə meyarları:
– mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
– materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
– yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
– jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə