Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının yeni prokuroru kimdir?
Bakının yeni prokuroru kimdir?
26 Aprel 2017 / 14:52 / Baxış sayı: 982
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib.

Lent.az bildirir ki, Naxçıvan şəhərində anadan olmuş 44 yaşlı İlqar Abbasov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb. O, daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.

İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb, hazırda təqaüddədir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə